Arxiv
27 Avqust 2019, 14:40 | ANALİTİKA
“Ərdoğanın Putindən istədiyini əldə etməsi mümkünsüz görünür” - ŞƏRH

“Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı elə bir gündə ölkəsinə səfərə dəvət edib ki, Türkiyə rəhbərinin Suriyanın İdlib şəhərinə görə Kreml sahibi ilə mübahisəyə girişməsi və ya istədiyini əldə etməsi mümkünsüz görünür”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O, Türkiyə prezidentinin hazırda davam edən Moskva səfərini şərh edib:

“Birincisi, Putin Ərdoğanı Moskva vilayətində keçirilən MAKS-2019 beynəlxalq aviasiya və kosmos sərgisinə dəvət edib və hər iki lider buradakı çıxışlarında aviasiya imkanlarından danışıblar. Putin həm də bu sərgi vasitəsilə Ərdoğana işarə edib ki, “Amerika Sənə vəd etdiyi hərbi təyyarələri satmasa, ondan da yaxşısın və ucuz qiymətə mən sənə sata bilərəm”. İkincisi, Ərdoğanın Putinlə görüşdüyü gün Rusiyanın Türkiyəyə satdığı C-400 raketlərinin ikinci hissəsi Ankaradakı hava limanına enib. Bunun özü də Putinin Ərdoğana mesajıdır ki, İdlibin Suriya ordusunun nəzarəti keçməsinə əvvəl-axır razılaşmalısan”.

 

Politoloqun sözlərinə görə, bundan sonra Ərdoğan İdliblə bağlı istənilən narahatlığını rusiyalı həmkarının diqqətinə çatdırsa da, Putin Əsədlə əvvəlki kimi bildiyini edəcək:

“Ancaq bunu elə edəcək ki, Ərdoğanın da Türkiyə daxilində mövqeləri zəifləməsin. Hiss olunur ki, Putin ətrafındakılara tapşırıb ki, "İdlib məsələsində Ankara ilə fikir ayrılığında olsaq da, nəbadə Türkiyənin ünvanına sərt sözlər deyəsiniz". Təsadüfi deyil ki, Putinin özü də deyir ki, Türkiyənin Suriyada narahatlıqlarını anlayır, ancaq bu cümləsini əlavə etməyi də unutmur: “Rusiya Türkiyə ilə heç bir razılaşmanı pozmur və Astana dialoq çərçivəsində Suriyada terrorçuların neytrallaşdırılması davam edir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yeni bir dalğanın qarşısını ala bilmək üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:19 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 “BakuBus”un avtobusu qəzaya düşdü - FOTOYENİLƏNİR 24 İyun 2021, 13:56 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22 Sabiq prezident vəfat etdi 24 İyun 2021, 12:16 Qubadlını azad edən hərbçilərə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 12:10 Cəbrayılın azadlığı uğrunda vuruşanlar TƏLTİF OLUNDU 24 İyun 2021, 12:04 Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı 24 İyun 2021, 12:00
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?