Arxiv
31 Avqust 2019, 11:11 | İQTİSADİYYAT
Kriptovalyuta manatı əvəzləyə bilər...

Kriptovalyuta - virtual valyutanın bir növü olmaqla bərabər, elektron ödəniş şəbəkəsidir. Birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə valyuta sistemi ilə əlaqəli deyil. Dünyada və ölkədə bu valyuta sisteminə maraq varmı? İnsanlar nə üçün elektron valyutaya etibar edirlər?

 

Məsələ ilə bağlı kriptovalyutalar üzrə araşdırmaçı Qurbanəli Ömər  Modern.az-a bunları bildirib:

“Kriptovalyuta sektoru əslində çox kiçik görünsə də, olduqca böyük bir sahəni əhatə edir. Dünyadakı bütün insanların həyatına daxil olacaq bir şeydir. 1988 ci ildən bəri kriptovalyuta ilə bağlı müxtəlif xəbərlər çıxırdı.Yəni bu yeni yaranmış bir mövzu deyil”.

  

Araçdırmaçı qeyd edib ki, kriptovalyutanın ortaya çıxması birbaşa olaraq “ Blockchain” texnologiyasının adı ilə bağlıdır:

“İnsanlar məhz bu texnologiyanın üstünlüklərinə güvənərək bu sektora yatırım edirlər. 2008 ci ildə Amerika Birləşmiş Ştatları istədiyi məbləğdə FED-ə dollar yatırım etdi. Bir çox ölkələr dollardan istifadə etdiyi üçün, dolların dəyərdən düşməsi dünyada iqtisadi böhrana səbəb oldu. Bitkoini Satoshi Nakamoto adlı şəxs yaradıb. O, bitkoin fəlsəfəsində nəyi ortaya atdı? Bitkoin məhduddur, o dollar kimi istənilən qədər basıla bilinməz. Məhz dollardan üstünlüyü də onun məhdud olmasında idi. Alqoritm elə qurulub ki, istənilən qədər basıla bilmir. 2140-cı ilə qədər maksimum 21 milyon ola bilər. Bunu qızıl kimi düşünmək lazım. Qızıl da bitkoin kimi məhduddur. Ona görə bitkoini  “internetin qızılı” adlandırırlar. Riyazi həllər məhdud olduğuna görə bitkoinin dəyəri həmişə yüksək olur. İnternetin dolları hesab edilir. Bundan başqa heç bir üstünlüyü yoxdur”.

 

Qurbanəli Ömər insanların bitkoinə nə üçün etibar etməli olduğunu da dilə gətirib.

 “Ona görə ki, burda aparılan əməliyyatlar şəffafdır. Burda saxtakarlıq ola bilməz. Bir insanın digərinə nə qədər pul göndərdiyi Blokchain də görsənir, yəni hər bir şey izlənilir. Bu əməliyyatlar hər hansı bir bürokratik əngəl tanımır. Çünki, burda bank əməliyyatçısı yoxdur. Bank əməliyyatçısını da internetə bağlı olan qurğular yerinə yetirir. Təssüf ki, Azərbaycanda o qədər də aktiv kriptovalyuta istifadəçisi yoxdur. Qonşu ölkələrlə müqayisə etsək, Türkiyədə bir neçə rəsmi kriptovalyuta birjaları var. Məhz buna görə dünya statistikasına nəzər salsaq, Türkiyə öndə dayanır. Çünki burda rəsmi birjalar var və kim nə qədər aldı onların statistikası bəlli olur. Özlərinin yerli startapları da var. Rusiya, Qazaxıstan və s. ölkələr də ön sıralarda dayanır.  Öz müşahidələrimə əsasən, Ukrayna, Çin və Hindistanda fırıldaq sistemlərə rast gəlmişəm. Ona görə o ölkələrdə olan insanlara deyərdim ki, biraz ehtiyatlı olsunlar”.

 

Ekspert Azərbaycanda bitkoindən istifadə edənlərin statistikası:

“Azərbaycanda rəsmi statistik rəqəm isə 2017 ci ildə təxminən 5 mindən yuxarı insan kriptovalyuta ilə maraqlanmışdır. Bu da ondan irəli gəlir ki, həmin vaxt bitkoinin dəyəri sürətli şəkildə qalxmışdı. 2017-ci ildə 800 dollardan 20 min dollara qalxdı. Nəticədə bitkoinə maraq daha da artdı. Bizim ölkədə rəsmi olaraq kritovalyuta birjası yoxdur. Kriptovalyuta istehsalı ferması da yoxdur. Ancaq bununla bağlı startap layihələr həyata keçirilir. Azərbaycanda ilk rəsmi qeydiyyatdan keçən layihələrdən biri də ONMA- dır. Bu layihədən qabaq bir neçə layihələr olub. Ancaq Azərbaycanda rəsmi qeydiyyatdan keçməyiblər, başqa ölkələrdə qeydiyyatdan keçiblər. Hazırda statistik göstərici elə də  dəyişilməyib”.

 

Jalə MEHDİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətiriləcək 27 May 2020, 14:18 BDU-nun şöbə müdiri vəfat edib 27 May 2020, 14:09 Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman? 27 May 2020, 13:59 Bu taksi sürücülərinə şəhərlərarası sərnişin daşımağa icazə verilməyəcək 27 May 2020, 13:44 Vladimir Zelenski prezident İlham Əliyevi təbrik edib 27 May 2020, 13:36 Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO 27 May 2020, 13:28 Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi 27 May 2020, 13:11 Azərbaycan nefti bahalaşıb 27 May 2020, 13:04 İordaniyanın Kralı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:54 Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır 27 May 2020, 12:44 Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub 27 May 2020, 12:40 Lənkəranda zəlzələ olub 27 May 2020, 12:39 Bakıda qəza yolda tıxaca səbəb oldu 27 May 2020, 12:28 Millət vəkili 400-ə yaxın gəncə kitab hədiyyə etdi 27 May 2020, 12:21 Estoniyalı həmkarı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:08 Çingiz Qənizadə: "Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyətindədir" 27 May 2020, 11:55 Bakıda mənzildən qadın meyiti tapıldı 27 May 2020, 11:47 Azərbaycanın bu bölgəsində daha 4 nəfər koronavirusa YOLUXDU 27 May 2020, 11:32 Ermənistanda koronavirusa yoluxanların sayı artdı 27 May 2020, 11:25 Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib 27 May 2020, 11:07 Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti axtarışa verildi 27 May 2020, 10:58 Bakının bu rayonunda su kəsiləcək 27 May 2020, 10:45 HEYDƏR ƏLİYEV mədəniyyətimizin hamisi 27 May 2020, 10:33 Masallıda "Azərişıq" əməkdaşlarının güllələnməsinə görə cinayət işi AÇILDI 27 May 2020, 10:21 Kapital Bank POS terminal komissiyalarına endirim etdi 27 May 2020, 10:17 Gördüyüm yuxunu suya danışım… 27 May 2020, 10:05 Kamilə Əliyeva: "Ölkəmiz hər zaman yeniliklərə, müasir texnologiyalara açıq olub" 27 May 2020, 10:00 Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT 27 May 2020, 09:56 Ermənistan cəbhədə snayper tüfənglərini işə saldı 27 May 2020, 09:47 Əsas siyasi rəqibi Trampı “hərtərəfli axmaq” adlandırdı 27 May 2020, 09:39 Ermənistan ordusu Ağdamda yeni hərbi təlimlər keçirdi – VİDEO 27 May 2020, 09:25 Yazmağın ölüb-dirilmək əzabı... - “13 alqış işləmişəm, 14-cüyə gücüm çatmadı” - Xalq yazıçısı ilə MÜSAHİBƏ 27 May 2020, 09:22 Qazaxıstanda daha 335 nəfər koronavirusa yoluxub 27 May 2020, 09:06 ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi 27 May 2020, 08:58 ABŞ və Rusiya qarşıdurması - 6 təhlükəsizlik müqaviləsi pozuldu 27 May 2020, 08:37