Arxiv
6 Sentyabr 2019, 10:04 | ANALİTİKA
Dünyanın geosiyasi qarşıdurması: Çin, yoxsa ABŞ...

XXI əsrin əsas geosiyasi oyunçularından söz açarkən Çini unutmaq qeyri-mümkündür. Rəsmi Pekin son 20 ildə nəhəng iqtisadi sıçrayış edərək, ABŞ-dan sonra dünyada ən böyük ikinci iqtisadiyyata malik ölkəyə çevrilib.

 

Modern.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Çin 2032-c ildə Ümumi Daxili Məhsul (ÜDM) istehsalına görə ABŞ-ı da geridə qoyacaq. Çmin Kommunist Partiyasının sədri Si Tzinpin ölkənin 2049-cu ilə qədər inkişaf modelini təqdim edərkən 10 prioritet sahə üzrə - informasiya texnologiyaları, robot texnikası, aviasiya və kosmos, okeanoqrafiya və dəniz ticarəti, farmokologiya və tibbi avadanlıqlar, avtomobillər, dəmir yolu nəqliyyatı, elektroenergetika, yeni materialların hazırlanması, aqrar texnika və s. - dünya liderliyini ələ keçirməyi hədəfləyir.

 

Çin iqtisadiyyatının illik artımı ikirəqəmli olsa da, iqtisadiyyatı hələ də Qərbin innovativ texnologiaylarından asılı olan və dünyaya ucuz mallar satan ölkə sayılır.

Məhz texniki geriliyi aradan qaldırmaq Kommunist Partiyasının yaxın illərdəki əsas hədəfidir.  

 

Amma rəsmi Pekin yalnız iqtisadi sahədə deyil, siyasət meydanında da “at oynatmağa” meyllidir.

Belə ki, yaxın 20 il ərzində Çin dünyanın ən güclü hərbi-dəniz donanmasını yaratmaq istəyir. Digər tərəfdən, Çinin dünyadakı geosiyasi proseslərə təsir gücü hələlik zəif olaraq qalır. Yalnız Sakit okeanın Şərq sahillərində Çin öz nüfuzuna görə ABŞ-la rəqabətə girə bilər. Digər tərəfdən, ABŞ-ın Çinin tərkib hissəsi saydığı, de-faktor müstəqil Tayvan adasına açıq himayə göstərməsi, Çini kommersiya casusluğunda ittiham edərək, yerli şirkətlərə qarşı sanksiyalar tətbiq etməsi (Huawei), Tibet separatçıları ilə “isti münasibət” qurması və insan haqlarının pozulmasına dair Pekinin ünvanına tənqidlər səsləndirməsi iki dünya nəhənginin münasibətlərinə kölgə salır.


Xüsusən, “Huawei” telekommunikasiya nəhəginə qarşı sanksiyalar, şirkətin kommersiya casusluğunda ittiham olunması Çinin artan texnioloji inkişafını önləmək üçün Ağ Evin səyləridir.

 

Paralel olaraq, Ağ Ev Çini də Rusiya kimi dünyadakı hazırkı siyasi status-kvonu dəyişmək cəhdlərində şübhəli bilir. Təsadüfi deyil ki, Pentaqonun 2018-ci ildə hazırladığı Milli Müdafiə Strategiyası adlı sənəddə Çinin və Rusiyanın əsas hərbi və siyasi rəqiblər olduğu göstərilir. Sənəddə Pekinin artıq süni intellekt və hipersəsli raketlərin hazırlanmasında ABŞ-ı geridə qoyduğu da həyəcanla vurğulanır.

 

2018-ci ilin yayında başlayan və bu günə qədər gah azalan, gah yüksələn xətlə inkişaf edən Çin-ABŞ “ticarət müharibəsi” də bu həyəcanın davamı kimi qəbul olunmalıdır. Hələ 2016-cı ildə prezident kampaniyası zamanı Tramp Çinin ABŞ-ı “zorladığı”nı deyirdi. Doğurdan da, dəyəri 720 milyard dollara çatan ticarət dövriyyəsində ABŞ Çinə 190 milyard dollar dəyərində məhul satırdısa, Çin əks istiqamətdə 534 milyard dollarlıq mal göndərirdi. Tramp administrasiyası ucuz Çin mallarının ölkə bazarlarını zəbt etməsindən narazı qalıb. Ticarət rüsumun qaldırmaqla Tramp administrasiyası daxili bazarını qorumağa çalışır.

 

Görünən odur ki, yaxın onilliklərdə dünyanın 1 nömərli geosiyasi hadisəsi Çinlə ABŞ arasında iqtisadi və siyasi hegemonluq mübarizəsi olacaq. Bu mübarizədən kimin qalib kimi ayrılacağını proqnozlaşdırmaq isə qeyri-mümkündür. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07 Azərbaycanlı jurnalist vəfat etdi 19 Yanvar 2020, 15:00 Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!” 19 Yanvar 2020, 14:20 Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya…  19 Yanvar 2020, 14:06 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (VİDEO) 19 Yanvar 2020, 13:29 Azərbaycan seçki tarixində ilk: Seçicilər üçün  elektron kabinet – VİDEO  təqdimat 19 Yanvar 2020, 13:16 Çingiz Qənizadənin seçicilərlə növbəti görüşü 19 Yanvar 2020, 12:47 Gömrükdən qanunsuz dərman keçirmək istədilər - Fotolar 19 Yanvar 2020, 12:32 Novruz Aslanovun seçicilərlə görüşü davam edir - FOTOLAR 19 Yanvar 2020, 12:00 Azərbaycan XİN: "20 yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır" 19 Yanvar 2020, 11:45 Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşüb 19 Yanvar 2020, 11:37 Çində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər 19 Yanvar 2020, 11:23 “Neftçi” Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb 19 Yanvar 2020, 11:18 Yunanıstanda zəlzələ olub 19 Yanvar 2020, 11:13 Partiya sədri parlament seçkiləri ilə bağlı mətbuatdakı sorğulara qarşı 19 Yanvar 2020, 11:08 Tramp impiçment üzrə bütün ittihamları rədd edib 19 Yanvar 2020, 10:43 Pensiyalar nə qədər artacaq? 19 Yanvar 2020, 10:37 Demokratlar Trampın impiçmenti sənədini Senata göndəriblər 19 Yanvar 2020, 10:27 Saatlıda toydan qayıdan ailə qəzaya düşüb: 5 nəfər xəsarət alıb 19 Yanvar 2020, 10:20
SORĞU Yeni parlamentdə kimlər olsun?