Arxiv
11 Sentyabr 2019, 13:30 | AKTUAL
İqtidar-müxalifət partiyaları birgə BƏYANAT verdi - MƏTN

Bakıda keçirilən "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masada bəyanat qəbul olunub.

Modern.az-ın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə keçirilən tədbirdə qəbul olunan bəyanatda deyilir:

"Biz, “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda təşkil edilmiş “dəyirmi masa”nın iştirakçıları olan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə edərək, Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi məqsədilə:


- Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir,


- siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir,


- ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır,


- vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır,


- respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk".

Xatırladaq ki, toplantıda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AĞ Partiyanın sədri Tural Abbaslı iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov həmsədrlərlə görüşür 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyub komaya düşdü 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05 Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27