Modern.az

İcra başçısı sakinlərin təkliflərini dinləyib         

İcra başçısı sakinlərin təkliflərini dinləyib         

12 Sentyabr 2019, 10:25

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar-qəbul görüşü Füzuli rayonundan olan məcburi köçkünlərin sıx məskunlaşdıqları Ağcabədi rayonunda keçirilibr. Görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri, xidmət təşkilatları və ictimaiyyət nümyəndələri iştirak edib.


Alı Alıyev bildirib ki, bu cür görüşlər ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq mütəmadi olaraq keçirilir.
Alı Alıyev həmçinin sosial sahədə atılan uğurlu addımlarıdan danışıb. Bildirib ki,  həqiqətən də, Prezident İlham Əliyevin sosial sahə ilə bağlı qərarları, Fərman və sərəncamları inqilabi xarakter daşıyır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Bu sərəncamlar Azərbaycan dövlətinin, dövlətin hər bir vətəndaşının yanında olduğunu bir daha əyani şəkildə göstərir. Beləliklə, imzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması cənab Prezident İlham Əliyevin sosial siyasətində prioritet istiqamətlərdəndir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.


Görüşdə Ağcabədi rayonunda məskunlaşmış füzulili məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.


Görüş zamanı çıxış edən məcburi köçkünlər dövlət tərəfindən hər tərəfli qayğı ilə əhatə olunduqlarını, məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini bildiriblər. Məcburi köçkünlər, göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ən böyük arzuları işğal altında olan torpaqlarına, öz ata-baba yurdlarına  qayıtmaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı