Modern.az

Rusiyalı məmurdan Yerevanda Azərbaycanla bağlı ŞOK AÇIQLAMA

Rusiyalı məmurdan Yerevanda Azərbaycanla bağlı ŞOK AÇIQLAMA

Dünya

12 Sentyabr 2019, 15:09

Rusiya baş nazirinin müavini Yuri Borisov Azərbaycanın Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasına pis baxmadıqlarını bildirib.

 

Modern.az xəbər verir ki, o bu barədə Yerevanda olarkən deyib.

 

“Bu tək Azərbaycana aid deyil. KTMT bütün keçmiş sovet respublikaları ilə əməkdaşlığa hazırdır. Hamımız nə vaxtsa, bir ailə olmuşuq. Ortaq cəhətlərimiz çoxdur. KTMT bütün ölkələrlə, ö cümlədən, Azərbaycanla düşünülmüş xarici siyasət yürüdür”-deyə Borisov deyib.

 

Bunun yanaşı, Yuri Borisov yeni üzvlərin kollektiv qərar əsasında verildiyini xatırladıb. O, KTMT-a üzv ölkələr arasında dövlətlərarası hərbi-iqtisadi əməkdaşlıq üzrə komissiyanın XVII iclasında qatılmaq üçün  Yerevana gəlib.  

Rusiyalı hökumət rəsmisinin açıqlaması Yerevanda ciddi narazılıq doğurub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür