Modern.az

Qatar relsdən çıxdı, azı 50 ölü var

Qatar relsdən çıxdı, azı 50 ölü var

Aktual

12 Sentyabr 2019, 18:33

Konqo Demokratik Cümhuriyyətində baş verən dəmiryol qəzasında ən az 50 nəfər ölüb.

 

Afrika ölkəsi olan Konqoda sərnişin daşıyan qatar relsdən çıxıb. Modern.az xarici mətbuata istinadən xəbər verir  ki, qatar səhər radələrində relsdən çıxaraq aşıb.

 

Ölkənin Cənub-qərbindəki Tanganika əyalətinin Mayibaridi qəsəbəsində baş verən qəzanın dəhşətləri davam etməkdədir. Belə ki, qəza nəticəsində ölənlərin sayının artacağı ehtimal olunur.

 

Qeyd edək ki, 83 milyondan çox əhalisi olan Konqo dünyanın ən kasıb ölkələrindən biridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır