Arxiv
13 Sentyabr 2019, 11:36 | PARLAMENT
Parlament müxalifəti proporsional seçki sisteminin bərpasını İSTƏYİR

Sentyabrın 11-də siyasi partiyaların iştirakı ilə Bakıda keçirilən "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" adlı dəyirmi masada maraqlı fikirlər ortaya atıldı. Ən diqqət çəkən təkliflərdən biri isə Azərbaycanda proporsional seçki sisteminin tətbiq olunması ilə bağlı idi. Maraqla qarşılanan bu təklifə tədbir iştirakçılarının əksəriyyəti müsbət yanaşmasını ortaya qoydu.


Bu barədə Modern.az-a danışan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, onun özü proporsional və majoritar seçki sisteminin qarışığının bərpasının tərəfdarıdır:


“Proporsional seçki sistemi Azərbaycanda siyasi partiyaların yerini və rolunu gücləndirə, onların siyasi proseslərdə fəal iştirakını təmin edə, siyasi sistemin daha da güclü və rəngarəng olmasında mühüm rol oynaya bilər. Majoritar seçki sistemi isə fəal şəxslərin siyasi proseslərdə birbaşa iştirak etməsində mühüm bir imkandır. Bu baxımdan majoritar sistem də üstün cəhətlərə malikdir. Hər iki sistemin Azərbaycan parlament seçkilərində tətbiq olunmasının tərəfdarıyıq”.


“Vəhdət” Partiyasının sədri, deputat Tahir Kərimli isə vaxtilə Azərbaycanda qarışıq sistemin tətbiq olunduğunu xatırladıb:


“Bir sıra dövlətlərdə də proporsional seçki sisteminin tətbiqi təklif edilir. Amma bəzi ölkələrdə ümumiyyətlə, bu sistemin adını belə bilmirlər.

Azərbaycan çoxpartiyalı dövlət quruluşuna malik olduğundan partiyaların inkişafı zəruridir. Bunun üçün dövlət də müəyyən qədər vəsait ayırır. Amma ən optimal variant proporsional seçki sisteminin tətbiqi olardı. Çünki bu zaman partiyalar siyasi proseslərdə aktiv iştirak edirlər, cəmiyyətdə daha da tanınırlar. Düşünürəm ki, parlamentdəki deputat sayını ən azı 175-ə çatdırmaqla proporsional seçki sistemini tədbiq etmək mümkündür. Bunun üçün referendum keçirmək lazımdır. Bu yolla əvvəllər tətbiq edilən sistemi bərpa etmək olar”.


Demokratik İslahatlar  Partiyasının sədri, deputat  Asim Mollazadə isə düşünür ki, hazırda hansı seçki sisteminin daha demokratik olduğu müəyyənləşməyib:


“Hər bir ölkənin öz ənənələri var. Bununla yanaşı, qarışıq sistemlər də mövcuddur. Məsələn, böyük Britaniyada, Amerikada keçirilən seçkilərdə güclü partiyaların üstünlüyü daha çoxdur. Bu səpkidə seçki sistemlərinin tez-tez dəyişdirilməsi də hansısa prinsipial irəliləyişə gətirib çıxarmaz. Azərbaycan kimi gənc ölkələrdə Konstitusiyanı, seçki sistemini, qanunvericiliyi tez-tez dəyişdirməklə müsbət nəticə əldə olunmur. Ciddi irəliləyişi əldə etmək üçün ölkədə təhsilin səviyyəsini gücləndirmək, ümumi mühiti yaxşılaşdırmaq, maarifləndirməni artırmaq yaxşı effekt verərdi”.   


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu məsələnin uzun müddətdir gündəmdə olduğunu söyləyib:


“Dəfərlərlə bizim tərəfimizdən də eyni təkliflər səsləndirilib. Biz daha çox qarışıq sistemin Azərbaycan cəmiyyəti üçün daha uyğun olacağı düşüncəsindəyik. Azərbaycan kimi ölkədə həm vətəndaşların konkret şəxslərə səsvermə yolu ilə öz hüquqlarını gerçəkləşdirməsinə şərait yaratmaq, həm də siyasi mədəniyyətin inkişafı üçün partiya demokratiyasını irəli aparmaq lazımdır. Ona görə, proporsional seçki sistemi tətbiq olunarsa, partiyaların inkişafına böyük stimul yaranar”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə yenə şəhid verdi 29 Fevral 2020, 00:51 Gürcüstanda yenidən zəlzələ oldu 29 Fevral 2020, 00:29 Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər 29 Fevral 2020, 00:16 NATO-dan Türkiyəyə dəstək gəldi 28 Fevral 2020, 23:56 Eldar Mansurov: Babası xanəndə, atası tarzən olan bəstəkar - VİDEO 28 Fevral 2020, 23:55 Metropolitendə koronavirusla bağlı profilaktik dezinfeksiya işi - Foto 28 Fevral 2020, 23:45 Azərbaycandan Gürcüstana gedən şəxs karantinə alındı 28 Fevral 2020, 23:32 Bakıda avtobuslar belə dezinfeksiya edilir - FOTO 28 Fevral 2020, 23:11 Azərbaycanda koronavirusa yoluxan şəxs bu xəstəxanaya yerləşdirildi 28 Fevral 2020, 22:53 Avtobusun qatarla toqquşması 15  can aldı 28 Fevral 2020, 22:35 “Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir” - Prezident  28 Fevral 2020, 22:18 Kürdəmirdə zəncirvari yol qəzası 28 Fevral 2020, 21:57 “Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb” - İlham Əliyev 28 Fevral 2020, 21:46 Ərdoğan Trampla son durumu müzakirə etdi 28 Fevral 2020, 21:32 Türkiyə ilə Rusiya arasında danışıqlar yekunlaşdı 28 Fevral 2020, 21:21 “Azərkosmos” dünyanın 20 ölkəsinə xidmət ixrac edir 28 Fevral 2020, 21:06 Fənn olimpiadalarının yarımfinal turunun nəticələri AÇIQLANDI 28 Fevral 2020, 20:51 Gürcüstanda karantinə götürülənlərin sayı 39-a çatdı 28 Fevral 2020, 20:33 Rusiya və ABŞ-ın qərargah rəisləri İdlib hücumunu mazakirə etdi 28 Fevral 2020, 20:17 Parlamentdə 4 nəfər koronavirusa yoluxdu: bütün iclaslar təxirə salındı 28 Fevral 2020, 20:03 Ev heyvanında koronavirus aşkar edildi 28 Fevral 2020, 20:00 Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib - FOTO - VİDEO 28 Fevral 2020, 19:52 Azərbaycan Misirə başsağlığı verdi 28 Fevral 2020, 19:43 Hökümət koronavirusa görə hüquq mühafizə orqanlarına göstəriş verdi 28 Fevral 2020, 19:34 Koronavirusun 10 yaşından aşağı uşaqlarda öldürücü təsiri yoxdur - AÇIQLAMA 28 Fevral 2020, 19:25 İnam Kərimov Ucarda respublika müşavirəsi keçirdi 28 Fevral 2020, 19:08 “Sərhədlərin bağlanması ilə bağlı ictimaiyyətə məlumat veriləcək” - DSX 28 Fevral 2020, 19:00 ÜST Azərbaycanda koronavirusun aşkarlanması barədə məlumat YAYDI 28 Fevral 2020, 18:54 Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu dəyişdirildi 28 Fevral 2020, 18:48 İranla sərhədin bağlanması istiqamətində danışıqlar aparılır - RƏSMİ 28 Fevral 2020, 18:42 TƏBİB rəsmisi: Belorusiyaya gedən Azərbaycan vətəndaşında koronavirus Bakıda aşkarlanmayıb 28 Fevral 2020, 18:36 TƏBİB-dən Ağdaşda yayılan görüntüyə REAKSİYA: Yorğunluqdan huşunu itirib 28 Fevral 2020, 18:30 Koronavirusa görə 24 saat işləyən “Qaynar xətt” yaradıldı 28 Fevral 2020, 18:24 Qərargah: 38 dərəcə hərarəti olanlar yoxlanmalıdılar 28 Fevral 2020, 18:18 Koronavirusa görə 224 nəfər karantin şəraitində saxlanılır - QƏRARGAH 28 Fevral 2020, 18:12