Arxiv
17 Sentyabr 2019, 12:36 | REPORTAJ
“Başımın üstündə qurğuşun əritdi, bədənimə dağ basdı” - Çildağdan REPORTAJ

Bəzən biz özümüz də bilmədən qeyri-ixtiyari kimlərinsə sözlərinə inanıb, müəyyən xəstləklərimizin və qorxularımızın çarəsini türkəçarələrdə axtarırıq. Əbəs yerə deməyiblər ki,  suda boğulan saman çöpündən də yapışar. Bəziləri türkəçarələrə həddən çox  inanır, bəziləri üçün isə bu, heç bir effekti olmayan xürafatdır. Tibb elmi türkəçarələri qəbul etməsə də, bu yolla rahatlıq tapdıqlarını, türkəçarələrin effektini gördüklərini iddia edənlər az deyil.  


İnsanlar  canlarında  yaranmış qorxuları dəf edə bilmək üçün müxtəlif vasitələrə üz tuturlar. Kimi yatanda yastığının altına çörək, kimi bıçaq qoyur, kimisi qorxduğu yerə mismar vurur və sair. Bəzi insanlar üçün isə qorxularından qurtulmağın yolu Çildağdan keçir.


Çildağ sözünün kökündə “dağ basmaq” dayanır. İnsanın canından qorxuluğu götürmək üçün ona dağ basaraq, diksindirilən bir müalicə üsuludur.

Çildağa inanmaq lazımdır, yoxsa bu, xürafatdan başqa bir şey deyil? Bu sual beynimdə dolaşa-dolaşa üz tutdum Digah qəsəbəsinə,  Hüseyn kişinin ocağına.


Deyirlər ki, Çildağa adətən hava qaralanda gedərlər. Çünki günün o saatında daha kəsərli olurmuş. Bir də çərşənbə və şənbə günləri gedilən Çildağın effekti daha yaxşı imiş. Hüseyn kişi çəkilişə icazə verməsə də, qorxuluğu, azar-bezarı götürmək üçün edəcəyi prosedur barədə ətraflı məlumat verdi. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, Çildağda adam əlindən yer yox idi. Hətta növbəyə dayandıq. Növbəsini gözləyənlər arasında kimlər yox idi ki? Üç aylıq körpəsi ilə Çildağa pənah gətirən analardan tutmuş əsgərə qədər hər kəs öz növbəsini gözləyirdi.

 

Hüseyn kişi buranın vaxtilə ocaq olduğunu dedi. Elə özü də seyid nəslindən imiş.  Anasına  yuxuda vergi verilib. Anası düz 45 il çildağçılıqla məşğul olub. Bir neçə il öncə dünyasını dəyişib və  ölməzdən qabaq oğluna vəsiyyət edib ki, sən də mənim yolumu davam elə. Hüseyn kişi bizimlə söhbətində anasının ölüm döşəyində onun ağzına tüpürdüyünü, bu yolla vergi aldığını iddia etdi. Hüseyn kişinin arvadı da çildağçılıqla məşğul olur. Kişilərə Hüseyn kişi özü, qadınlara isə həyat yoldaşı baxır.

 

Nəhayət növbə mənə çatdı. Əvvəlcə başımın üstündə bir kasada su hərləyərək, qıraqda bir qaşıqda isitdiyi qurğuşunu o suyun içinə tökdü. Qurğuşun suya töküləndə qəribə bir səs gəldi. Həmin vaxt qeyri-ixtiyari səsdən dikdindim, elə bildim ki, qaynar qurğuşun başıma töküldü. Sən demə belə də olmalı imiş.

Gərək qorxasan ki, bədənində qorxuluq çıxsın. Sonra 3 dəfə mənə tərəf əyilib “Bismillah!” dedi. Daha sonra nəsə bir əski bükümünü yandırdı  və bədənimdə müxtəlif yerlərə dağ basdı. Kürəkdən başladı, sinə, qol, diz və ayaqlarda qurtardı. Sonra həmin o sudakı qurğuşunu bir kağıza tökərək mənə verdi ki, gecə yatanda yastığımın altına qoyum, səhər isə  təmiz bir yerə atım. Və bir də qurğuşuna baxaraq, nədən qorxduğumu dedi.


Oradan çıxanda hələ də növbəsini gözləyən insanların çoxluğunun şahidi oldum. Söhbətləşdiyim  Sevinc adlı  bir qadını bura gətirən səbəb isə nəvələrini göstərmək imiş. Dediyinə görə, nəvəsi gecələr yatmırmış, pəncərədən kiminsə onu izlədiyini deyirmiş: “Bura gələndən sonra qorxuluğu götürülüb və yuxusu qaydaya düşüb, artıq gecələr rahat yatır. İndi də yeni doğulan nəvəmi gətirmişəm ki, ona da baxsınlar”.


Çildağa gətirən səbəblər, qorxular, azar-bezarlar müxtəlifdir, amma istək birdir. Bu qorxulardan qurtulmaq. Elə Çildağdan çıxanların fikirləri də müxtəlifdir. Kimi özündə yüngüllük tapdığını, qorxularından qurtulduğunu deyir. Kimi də Çildağın xürafat olduğu düşüncəsində qalır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkəranda meşədə itkin düşən 6 yaşlı uşaq tapıldı 24 Oktyabr 2019, 00:44 Bakıda 60 yaşlı kişi kafedə döyülüb 24 Oktyabr 2019, 00:18 Qazaxda ağır qəza: ata və qızı yaralandı 24 Oktyabr 2019, 00:02 Mətbuat konfransına silahlı basqın edildi - VİDEO 23 Oktyabr 2019, 23:46 Yeni XİN rəhbəri təyin olundu 23 Oktyabr 2019, 23:30 NATO-dan çağırış: Ukraynaya hərbi yardımı artırın 23 Oktyabr 2019, 23:14 Azərbaycan-CAR münasibətləri müzakirə edilib 23 Oktyabr 2019, 22:59 Prezident Qarabağ qazisinə ev verdi 23 Oktyabr 2019, 22:47 Gürcü nazir azərbaycanlı gənclərlə görüşüb 23 Oktyabr 2019, 22:31 Rusiya bu ölkələrə 4 milyard dollarlıq silah satıb 23 Oktyabr 2019, 22:14 BMT Baş Assambleyasının prezidenti Bakıda 23 Oktyabr 2019, 21:59 “Son matça qədər mübarizə gedəcək” - Qurban Qurbanov 23 Oktyabr 2019, 21:46 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 23 Oktyabr 2019, 21:32 “Bir qalanın sirri” surdo-tərcümə vasitəsilə nümayiş olunub - FOTO 23 Oktyabr 2019, 21:26 Tovuzdakı ağır QƏZAda ölənlərin sayı artdı - YENİLƏNİB 23 Oktyabr 2019, 21:14 Elmar Məmmədyarov İraqla əməkdaşlığı müzakirə etdi 23 Oktyabr 2019, 20:59 “Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir” - PA rəsmisi 23 Oktyabr 2019, 20:45 Trampdan Türkiyəyə dəstək: sanksiyalar ləğv edildi 23 Oktyabr 2019, 20:29 Ölkə başçısı Ramiz Mehdiyevi qəbul etdi: “Yaşınız 80-ni keçib.., biz gərək gəncləri irəli çəkək” - YENİLƏNİB 23 Oktyabr 2019, 20:20 “Qarabağ”ın  rəqibi Bakıda qələbəyə iddialıdır 23 Oktyabr 2019, 20:01 Bakı-Şamaxı yolunda "Mersedes" aşdı: xəsarət alanlar var 23 Oktyabr 2019, 19:59 İsmayıllıdakı qəzada xəsarət alan gənclərdən biri vəfat edib 23 Oktyabr 2019, 19:54 "Azərbaycan BƏƏ vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrilib" 23 Oktyabr 2019, 19:42 İlham Əliyev İranın Xarici İşlər nazirini qəbul edib 23 Oktyabr 2019, 19:36 Azərbaycan XİN: “Fələstin xalqının yanındayıq” 23 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov BƏƏ-nin Dövlət nazirinə medal verdi 23 Oktyabr 2019, 19:18 Sumqayıtdakı iy-qoxunun səbəbi bilindi 23 Oktyabr 2019, 19:06 Fuad Muradov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşdü 23 Oktyabr 2019, 18:49 Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi 23 Oktyabr 2019, 18:32 Məmmədyarov Əfqanıstanın milli təhlükəsizlik müşaviri ilə görüşdü 23 Oktyabr 2019, 18:28 Məktəblərdə “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur 23 Oktyabr 2019, 18:17 İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib 23 Oktyabr 2019, 17:55 Azərbaycanda bu nazirliklərin ləğv olunması təklif edildi 23 Oktyabr 2019, 17:51 “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb 23 Oktyabr 2019, 17:43 İlham Əliyev Mikayıl Cabbarova tapşırıqlar verdi: Bu, çox məsuliyyətli vəzifədir” - YENİLƏNİB 23 Oktyabr 2019, 17:42