Modern.az

Sərnişinlə dolu yük maşını uçuruma yuvarlandı: 20 ölü

Sərnişinlə dolu yük maşını uçuruma yuvarlandı: 20 ölü

17 Sentyabr 2019, 12:47

Sakit Okeandakı adalar ölkəsi olan Filippində insanlarla dolu olan yük maşını uçuruma yuvarlanıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 20 nəfər həlak olub.

 

Yük maşınının qalıqları altından cənazələr çıxarılıb, yaralılar isə xəstəxanaya aparılıb. 10-dək yaralının müalicəsi davam etdirilir.

 

Hadisə yerli vaxtla səhər 9 radələrində baş verib. Sərnişin dolu yük maşını əsas yoldan 80-100 metr dərinliyində uçuruma yuvarlanıb.

 

Cənubi Cotabato əyalətinin T'Boli qəsəbəsində baş verən qəzanın nə səbəbdən baş verdiyi araşdırılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir