Arxiv
17 Sentyabr 2019, 18:04 | AKTUAL
Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan külli miqdarda dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.

 

Komitədən Modern.az-a verilən məlumata görə, qeyd olunan faktla əlaqədar Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsində yaradılmış əməliyyat qrupu müəyyən edib ki, dərman preparatları DAF markalı 99 RM 810/60 ZA 811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdən aldatma yolu ilə ölkə ərazisinə gətiriləcək, sonra isə Qazax rayon ərazisində eyni markalı digər nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanları ilə dəyişdirilməklə Bakı şəhərinə aparılacaq.

 

Beləliklə, yaradılan əməliyyat qrupu sözügedən nəqliyyat vasitəsini nəzarətə götürüb. Nəzarətə götürülən həmin yük avtomobili 16 sentyabr 2019-cu il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan ölkə ərazisinə daxil olub və postun yaxınlığındakı rentgen qurğusundan keçməyərək birbaşa Qazax rayonun ikinci Şıxlı kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlib. Qeyd olunan ərazidə Gürcüstandan dərman vasitələrini gətirən Azərbaycan Respublikası vətəndaşı Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanları açılaraq həmin əraziyə əvvəlcədən gətirilmiş eyni markalı, zahiri görünüşcə bənzəyən Azərbaycan vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi digər DAF markalı 99 RL 810 / 99 ZA 811 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat nişanları ilə dəyişdirilib və dərman vasitələri daşıyan nəqliyyat vasitəsi Bakı şəhəri istiqamətində hərəkətini davam etdirib.

 

Sonra dövlət nömrə nişanı dəyişdirilən digər avtomobil rentgen qurğusundan keçmək üçün gömrük postuna yola düşüb. Əməliyyat qrupu dərhal Bakı şəhəri istiqamətində yola düşən, eyni zamanda rentgen qurğusundan keçmək üçün əraziyə gedən hər iki yük avtomobilini saxlayaraq "Qırmızı Körpü" gömrük postuna gətirib.

 

Bundan sonra Azərbaycan vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi, ölkə ərazisinə 99 RM 810 / 60 ZA 811 dövlət nömrə nişanı ilə daxil olan, sonra dəyişdirilərək 99 RL 810 / 99 ZA 811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerində olan qutulardan mal müşaiyyət sənədlərində göstərilməyən 850 adda təqribi 2 milyon manat dəyərində dərman preparatları aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə son Dünya Çempionundan xal aldı - NƏTİCƏLƏR 15 Oktyabr 2019, 01:03 Baş qərargah rəisləri Suriyadakı əməliyyatı müzakirə etdi 15 Oktyabr 2019, 00:20 Onlar “Maşın”ın finalında 15 Oktyabr 2019, 00:04 Bu ölkə Türkiyəyə silah satışını dayandırdı 14 Oktyabr 2019, 23:43 İlham Əliyev Bakıya gələn dövlət başçıları ilə birgə şam edib - FOTOLAR 14 Oktyabr 2019, 23:22 Anasını qətlə yetirib yandıran oğul 19 il həbs cəzası aldı 14 Oktyabr 2019, 23:07 İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü - FOTOLAR 14 Oktyabr 2019, 22:49 Salyanda ağır qəza 14 Oktyabr 2019, 22:30 Cinayətkarlar 14 polisi öldürdü 14 Oktyabr 2019, 22:16 Xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırdılar 14 Oktyabr 2019, 22:00 Türkiyə 560 terrorçunu zərərsizləşdirdi 14 Oktyabr 2019, 21:45 “Azərbaycanı haqlı mübarizəsində tək buraxmamalıyıq” - Mövlud Çavuşoğlu  14 Oktyabr 2019, 21:27 “Bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb” - Şavkat Mirziyoyev 14 Oktyabr 2019, 21:14 “Özbəkistan və Azərbaycan öz gələcəyini çoxəsrlik tarixi təməl üzərində qurur” - İlham Əliyev 14 Oktyabr 2019, 20:59 Qaxda 7 avtomobil toqquşdu: xəsarət alanlar var 14 Oktyabr 2019, 20:44 Prezident krala qızılquş hədiyyə etdi 14 Oktyabr 2019, 20:28 İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNİB, FOTOLAR 14 Oktyabr 2019, 20:14 "Qəbələ" yeni məşqçi ilə razılaşdı 14 Oktyabr 2019, 20:03 Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb 14 Oktyabr 2019, 19:46 Karateçimiz dünya çempionatında qızıl medal qazanıb 14 Oktyabr 2019, 19:30 Polislər halı pisləşən sürücünün köməyinə çatdılar 14 Oktyabr 2019, 19:15 Xərçəng necə yaranır? - Nobel mükafatçısı 14 Oktyabr 2019, 19:04 Azərbaycan Prezidenti Macarıstanın Baş Naziri ilə görüşüb 14 Oktyabr 2019, 18:55 Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb 14 Oktyabr 2019, 18:44 İlham Əliyev qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO 14 Oktyabr 2019, 18:34 Xəzərdə itkin düşən balıqçının axtarışları davam edir 14 Oktyabr 2019, 18:25 Ombudsman 6 saylı cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarladı 14 Oktyabr 2019, 18:14 Azercell tələbələrə TƏQAÜD fürsəti 14 Oktyabr 2019, 18:05 Ərdoğan Bakıda DANIŞDI: “Biz bir millətin övladlarıyıq” 14 Oktyabr 2019, 18:02 Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib 14 Oktyabr 2019, 17:58 I Fəxri xiyabanda Məmməd Arazın xatirəsi anıldı - FOTOLAR 14 Oktyabr 2019, 17:57 Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır 14 Oktyabr 2019, 17:49 BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub 14 Oktyabr 2019, 17:44 53955 şagirdin məktəb dəyişməsinə icazə verilib 14 Oktyabr 2019, 17:38 Macarıstanın Baş naziri də Bakıya gəldi 14 Oktyabr 2019, 17:34