Modern.az

“Azərbaycanda həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək”

“Azərbaycanda həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək”

18 Sentyabr 2019, 11:06

““İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” yeni qanun layihəsi artıq hazırdır. Qanun layihəsini bütün müvafiq qurumlara göndərmişik. Onlardan müsbət rəy almışıq. Bu qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə ediləcək. Adətən payız sessiyasında büdcənin müzakirəsini aparırıq. Ancaq çalışacağıq ki, bu sessiyada müzakirəyə çıxaraq”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Əhliman Əmiraslanov bildirib ki, belə bir qanun Azərbaycanda əvvəllər də olub:

“Ancaq parktik olaraq  işləməyib. Öncə o qanun layihəsində dəyişiklik etmək istədik. Ancaq gördük ki, məsələ təkcə dəyişikliklə başa gəlmir. Ona görə də yeni qanun layihəsi hazırladıq. Bu, çox vacib məsələdir. Həm meyitdən, həm də sağlam insandan orqan köçürülməsi həyata keçiriləcək. Ümumilikdə bu qanun layihəsində orqan transplantasiyasında olan bütün problemlər öz əksini tapıb”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?