Arxiv
19 Sentyabr 2019, 18:51 | AKTUAL
Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır”

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı öz işini davam etdirir.

 

Modern.az xəbər verir ki, tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

 

Növbəti müzakirələr “Fundamental azadlıqlar: Dinc toplaşmaq və birləşmək azadlığı” mövzusunda baş tutub. Müzakirələrdə çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı deyib ki, müzakirə olunan mövzu həqiqətən də çox önəmli və daima aktualdır. O qeyd edi ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bir sıra mühüm layihələrdə QHT-lər dövlətin əsas tərəfdaşıdır: “Mövcud qanunvericilik QHT-lərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq etmir. Əksinə “İctimai iştirakçılıq” haqqında qanuna əsasən QHT-lər və vətəndaşlar ölkəmizdə ümümdövlət və yerli səviyyədə qərarların qəbulunda iştirak edirlər. Eyni zamanda onlar dövlət qurumları üzərində ictimai nəzarət funskiyasını həyata keçirirlər. Əvvəllər QHT fəaliyyəti adı altında bir sıra qanunsuz işlərlə məşğul olanlar indi bunu edə bilmədikləri üçün narazıdırlar”.

 

Fərid Şahbazlı daha sonra Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunduğunu, bu sahədə hər hansı problem yaşanmadığını bildirib: “Azərbaycanda hər zaman müxalifətin mitinqlərin keçirilməsi ilə bağlı müraciətlərinə müsbət cavab verilib. Sadəcə son aksiyada təşkilatçılar ciddi qanun pozuntularına və sadə vətəndaşları narahat edən davranışlara yol verdikləri üçün aksiyalara müvəqqəti fasilə verilib.
Qeyd etmək istəyirəm ki, mitinqlər üçün ayrılan yerlər şəhərin mərkəzindən 2-3 km aralıqda yerləşməklə, tamamilə əlverişlidir. Sadəcə Azərbaycanda xalqın adından danışan siyasi qüvvələrin aksiyalarına vətəndaşlar qatılmadığı üçün onlar mərkəzi küçələrdə insanların rahatlığını pozan qanunsuz aksiyalar keçirmək istəyirlər”.

 

Fərid Şahbazlı toplantı iştirakçılarını Azərbaycanla bağlı çıxış edərkən, obyektiv məlumatlara istinad etməyə çağırıb.

 

Qeyd edək ki, “İslahatçı Gənclər” İctimai Birliyinin İllik Toplantıda iştirakına Gənclər və İdman Nazirliyi dəstək verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya əhalisinin real gəlirləri bu il 6% azalacaq 27 May 2020, 16:50 Qərargah indiyədək koronavirusdan sağalanların sayını AÇIQLADI 27 May 2020, 16:35 Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 27 May 2020, 16:23 Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib 27 May 2020, 16:16 Britaniyada hicablı müsəlman qadın hakim seçildi 27 May 2020, 15:57 Sərdar Cəlaloğludan ETİRAZ: “Elə bil mənim onlara borcum var, hər imkanı yaratmalıyam” 27 May 2020, 15:48 Jalə Əliyeva: "Azərbaycana münasibətdə onların ədalət tərəzisinin gözü kordur" 27 May 2020, 15:34 Deputat: Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməmizin şanlı səhifəsidir 27 May 2020, 15:24 ABŞ-da son sutkada 18611 nəfər koronavirusa yoluxub 27 May 2020, 15:15 “Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?” 27 May 2020, 15:01 Masallıda koronavirusla bağlı SON VƏZİYYƏT: “Lənkəranla, Cəlilabadla müqayisədə...” 27 May 2020, 14:58 İranda daha 56 nəfər koronavirusdan ölüb 27 May 2020, 14:41 Azərbaycanda 170 min tondan çox ət istehsal edilib 27 May 2020, 14:37 Məktəbdaxili qiymətləndirmələr necə aparılacaq? 27 May 2020, 14:28 17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətiriləcək 27 May 2020, 14:18 BDU-nun şöbə müdiri vəfat edib 27 May 2020, 14:09 Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman? 27 May 2020, 13:59 Bu taksi sürücülərinə şəhərlərarası sərnişin daşımağa icazə verilməyəcək 27 May 2020, 13:44 Vladimir Zelenski prezident İlham Əliyevi təbrik edib 27 May 2020, 13:36 Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO 27 May 2020, 13:28 Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi 27 May 2020, 13:11 Azərbaycan nefti bahalaşıb 27 May 2020, 13:04 İordaniyanın Kralı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:54 Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır 27 May 2020, 12:44 Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub 27 May 2020, 12:40 Lənkəranda zəlzələ olub 27 May 2020, 12:39 Bakıda qəza yolda tıxaca səbəb oldu 27 May 2020, 12:28 Millət vəkili 400-ə yaxın gəncə kitab hədiyyə etdi 27 May 2020, 12:21 Estoniyalı həmkarı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:08 Çingiz Qənizadə: "Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyətindədir" 27 May 2020, 11:55 Bakıda mənzildən qadın meyiti tapıldı 27 May 2020, 11:47 Azərbaycanın bu bölgəsində daha 4 nəfər koronavirusa YOLUXDU 27 May 2020, 11:32 Ermənistanda koronavirusa yoluxanların sayı artdı 27 May 2020, 11:25 Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib 27 May 2020, 11:07 Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti axtarışa verildi 27 May 2020, 10:58