Modern.az

\"Çox mənəvi üzüntü yaşayıram\" - Fuad Qəhrəmanlı

\

19 Sentyabr 2019, 21:15

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı qızı Selcan Yağmurun özünün və anası Zümrüd Yağmurun onun tərəfindən şiddətə məruz qalması barədə ittihamları haqqında növbəti dəfə açıqlama yayıb.


Modern.az  xəbər verir ki, Fuad Qəhrəmanlının sözlərinə görə, bu gün qızı Selcan açıqlama yayaraq ailələri haqda emosional gərginlik altında bəzi fikirlərini bildirib: "Çox təəssüf edirəm, hər birimizin ailəsi var və hər bir ailədə narazılıq olur. Mən həbs olunmamışdan öncə ailə daxilində müəyyən yanlış anlamalar üzündən gərginliklər olmuşdu. Ancaq həbsdə olduğum müddətdə həyat yoldaşım Zümrüd Yağmur mənim ən yaxın dəstəkçim olub. Biz artıq bu mərhələni adlatmışıq. Selcanın bu yazısına səbəb bu səhər onun qadın hüquqları ilə bağlı mövzuda yazdığı rəyi silməsini istəməyim olub və bu da onda emosional gərginlik yaradib. Bu üzdən də o keçmişlə bağlı xoşagəlməz bəzi nüansları dramatikləşdirərək təqdim edib. Övladım olmasına baxmayaraq, onun formalaşma dövründə həbsdə olduğum üçün yanında olmamışam və bu üzdən də feminizm və s. kimi məsələlərə münasibətdə kəskin fikir ayrılıqlarımız yaranmışdı. Bu üzdən Selcanın bu yazısında fikir ayrılığımizdan doğan ziddiyyətin də təsiri var. Tam məsuliyyətlə deyirəm ki, onun bu yazdıqları həqiqət deyil və sadəcə dramatikləşdirilmiş təqdimatdır. Buna görə çox mənəvi üzüntü yaşayıram".

Qeyd edək ki, F.Qəhrəmanlının həyat yoldaşı bu il avqustun 1-də boşanmaq üçün məhkəməyə müraciət edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü