Modern.az

Sumqayıtın bəzi ərazilərinqə qaz olmayacaq

Sumqayıtın bəzi ərazilərinqə qaz olmayacaq

19 Sentyabr 2019, 21:57

Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

Modern.az  xəbər verir ki,  Sumqayıt Qaz İstismarı Sahəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, “Şəhər 4” orta təzyiqli qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq sentyabrın 20-də saat 10:00-dan 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrində, 11, 12, 13, 20, 21-ci  mikrorayonlarında, eləcə də  Corat qəsəbəsi, Novxanı, Saray, Corat, Ceyranbatan və  Metallurq bağlarında, ”Yaşıldərə” yaşayış massivində  qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu