Arxiv
20 Sentyabr 2019, 15:47 | PARLAMENT
Deputat vəsiqəsini girov qoymaq hansı məsuliyyəti yaradır? - AÇIQLAMA

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasaında borcverən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.

Məsələnin diqqətçəkən məqamlarından biri deputat vəsiqəsinin girov qoyulması ilə bağlıdır.

Milli Məclisin deputatının ona verilən vəsiqəni girov qoyması nə dərəcədə düzgündür?

Əvvəlki çağırışlarda deputata təqdim edilən vəsiqələr yeni çağırışda geri alınmırmı?


Modern.a
z saytı mövzunun aktuallğını nəzərə alaraq olaya münasibət öyrənməyə çalışıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda şəxs növbəti dəfə deputat seçilmədiyi təqdirdə deputatlıq vəsiqəsi ondan geri alınmır:


“Deputatlıq vəsiqəsi geri alınmır”

“Əgər deputatın deputatlıq məsələsinə vaxtından əvvəl xitam verilirsə, bu zaman onun deputat vəsiqəsi əlindən alınır. Amma hökm deyil ki, növbəti çağırışda seçilməsə, vəsiqə ondan geri alınsın. Çünki vəsiqə bir çağırış üçün nəzərə tutulub. O biri çağırış zamanı istifadə olunmur. İstənilən adam vəsiqəyə baxanda onun əvvəlki çağırışa aid olduğunu bilir. Bu cür məsələlər bizdə qanunla narahatlıq yaratmır”.


“Şəxs çox ciddi tənbeh oluna bilər”

Tahir Kərimlinin sözlərinə görə, seçicinin etimadını girov qoymaq olmaz:


“Ümumiyyətlə, deputat vəsiqəsini girov qoymaq olmaz. Vəsiqə maddi əhəmiyyət daşımır ki, onu girov qoyasan. Nəinki deputat vəsiqəsini, hər hansı bir görəv vəsiqəsini girov qoymaq olmaz. Bununla bağlı cinayət məsuliyyəti olmasa da,  şəxs çox ciddi tənbeh oluna bilər. Çünki deputat vəsiqəsi səni seçən seçicinin  etimadıdır. Məsələn, 40 min seçicinin etimadını necə girov qoymaq olar?! Bu qətiyyən doğru deyil”.


“Deputat vəsiqəsini girov qoymaq doğru deyil”

Tahir Kərimli qeyd edib ki, şəxsin ölkədən çıxışına qadağa qoyulsa belə, vəsiqə girov götürülməməlidir:


“Keçmiş Ali Sovetin deputatı olandan sonra nə vəsiqəmi, nə də döş nişanımı təhvil vermişəm. Arxivimdə qalıb. Heç bir işə də yaramır. Əgər deputat oz vəsiqəsini itiribsə, rəsmi qaydada parlament rəhbərliyinə müraciət edib, yenisini ala bilər. Hüquqi qaydalara əsasən, şəxs növbəti çağırışda deputat seçilmirsə, bir il müddətinə onun vəsiqəsi qüvvədə olur. Ona görə ki, bir il onların əmək haqqı saxlanılır.

Əgər şəxsin ölkədən xaricə getməsinə qadağa qoyularsa, deputat vəsiqəsi yox, şəxsiyyət vəsiqəsi alınır. Deputat vəsiqəsinin girov qoyulması doğru hal deyil.  Əgər şəxs ağır cinayətdə ittiham olunmursa, mülki xarakterlidirsə, məhkəmə onun deputat vəsiqəsini girov kimi götürə bilməz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi 24 Fevral 2020, 00:47 Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı 24 Fevral 2020, 00:32 Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü 24 Fevral 2020, 00:16 Prezidentin komandası seçkilərdə  məğlub oldu 23 Fevral 2020, 23:57 "Fənərbağça"nın baş məşqçisi istefa verdi 23 Fevral 2020, 23:40 Azərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİ 23 Fevral 2020, 23:23 ABŞ Qara dənizdə Rusiya ilə qarşılaşdı 23 Fevral 2020, 23:04 İtaliyada koronavirusdan daha bir nəfər ölüb 23 Fevral 2020, 22:43 "Qalatasaray" 21 illik tilsimi qırdı 23 Fevral 2020, 22:21 Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu 23 Fevral 2020, 22:06 Daha bir ölkə İranla sərhədi bağladı - SƏBƏB 23 Fevral 2020, 21:52 Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO 23 Fevral 2020, 21:41 “Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02