Arxiv
20 Sentyabr 2019, 22:24 | AKTUAL
Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik

Azərbaycanın Rusiyadakı səfirliyi Rostov şəhərindəki “Aksay” bazarında işləyən həmvətənlərimizin oradan çıxarılması və deportasiya edilməsini əks etdirən video ilə bağlı məlumat yayıb.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, sosial şəbəkələrdə Rusiyanın Rostov-Don şəhərində fəaliyyət göstərən “Aksay” bazarında çalışan həmvətənlərimizin oradan çıxarılması və bəzilərinin Azərbaycana deportasiya edilməsi ilə bağlı yayılmış qısa video diplomatik nümayəndəliyə daxil olub.

Hadisənin hansı səbəbdən baş verdiyi, oradakı azərbaycanlıların kim tərəfindən çıxarıldığı barədə ətraflı xəbərin verilməsi, konkret adların və faktların göstərilməsi xahiş edildikdə, müraciətin müəllifi onda heç bir məlumatın olmadığını bildirib.

Buna baxmayaraq, məsələ səfirlik tərəfindən ətraflı araşdırılıb. Belə ki, Rostov vilayəti qubernatoru aparatından, Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş Polis İdarəsindən, yerli diasporumuzun üzvləri, hətta qeyd olunan bazarın müdiriyyətindən əldə edilən məlumatdan aydın olub ki, həqiqətən də yerli polis əməkdaşları müxtəlif millətlərdən olan insanları, o cümlədən bir qrup soydaşımızı həmin bazarın ərazisindən uzaqlaşdırıblar. Buna səbəb onların Rusiya Federasiyası ərazisində pərakəndə ticarətlə məşğul olmaq üçün müvafiq icazələrinin olmaması göstərilir. Eyni zamanda, həmin ticarət obyektinin yerində yaşayış kompleksinin tikintisi gözlənilir və bazar bağlanmaq üzrədir.

Səfirlik Rusiyada çalışan soydaşlarımıza müraciət edərək Rusiya ərazisində problemsiz və maneəsiz çalışmaq üçün bu ölkənin qanunlarına tam və şərtsiz əməl etməyə çağırır. Qanunları pozan soydaşlarımıza lazımi köməyin göstərilməsi səfirliyin imkanı xaricindədir.

Diplomatik nümayəndəliyimiz müasir texnologiyaların verdiyi imkanlardan sui-istifadə edənlərə müraciətlə bildirir ki, səfirlik öz səlahiyyətləri çərçivəsində ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanın istənilən nöqtəsində hər bir Azərbaycan vətəndaşının qarşılaşdığı problemi həll etməyə hazırdır. Yaranan real problem barədə səfirliyə yazılı və ya şifahi məlumatın verilməsi kifayətdir ki, onun həlli istiqamətində müvafiq işin aparılmasına başlanılsın.

Bunun yerinə isə mahiyyəti araşdırılmamış, təsdiqini tapmamış, şayiələrə əsaslanan və əksər hallarda həqiqəti əks etdirməyən hadisələri sosial şəbəkələrdə paylaşaraq ictimaiyyəti çaşdırmaq cəhdləri onu deməyə əsas verir ki, bu adamlar özlərini “vətənpərvər”, “haqq-ədalət carçısı” kimi göstərib diqqəti özlərinə cəlb etməklə məşğuldurlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gözləyirdilər ki, bir səhv buraxım… 5 mart 2021, 11:47 Mübariz Mənsimovun məhkəməsi BAŞLADI 5 mart 2021, 11:43 Novruz Aslanov seçiciləri qəbul edib - FOTOLAR 5 mart 2021, 11:31 Ötən gün Azərbaycanda 34 yanğın olub - 1 nəfər öülb 5 mart 2021, 11:26 Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfə verib 5 mart 2021, 11:20 Daha bir vəzifəli şəxsin işi məhkəməyə verildi 5 mart 2021, 11:15 İlham Əliyev YAP-ın qurultayında çıxış etdi 5 mart 2021, 11:10 Əfv Komissiyası sabah toplanır - daha 4 iclas qalıb - AÇIQLAMA 5 mart 2021, 11:04 Əşrəf Qənidən İlham Əliyevə təbrik: “Atanız da sizinlə fəxr edərdi” 5 mart 2021, 10:58 Ermənistanda daha 7 nəfər koronavirusdan öldü 5 mart 2021, 10:52 Ötən gün cinayət törədən 40 nəfər saxlanıldı 5 mart 2021, 10:46 Füzulinin Yuxarı Rəfədinli kəndi - VİDEO 5 mart 2021, 10:41 Fermerlər Goranboyda toplandı 5 mart 2021, 10:37 Hikmət Hacıyev İsrail həkimlərinə təşəkkür etdi 5 mart 2021, 10:37 4 qazimiz sağalaraq Vətənə QAYITDI 5 mart 2021, 10:31 Azərbaycanda qarölçmə işlərinə başlanıldı 5 mart 2021, 10:25 Azərbaycanın Vətən Müharibəsi Qazaxıstan TV-nin ekranında 5 mart 2021, 10:20 Ağdərədə 2 erməni hərbçinin qalıqları TAPILDI 5 mart 2021, 10:17 BirKart sahibləri daha 20 AZN qazanacaqlar 5 mart 2021, 10:12 ABŞ Britaniya ilə Moskvaya yeni sanksiyalar HAZIRLAYIR 5 mart 2021, 10:06 Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə başladı 5 mart 2021, 10:00 Birgəyaşayışın azərbaycan modeli 5 mart 2021, 09:55 YAP-ın növbədənkənar qurultayı başlayır - FOTOLAR 5 mart 2021, 09:50 Kolleclərə qəbulla bağlı yeni model  - RƏSMİ  5 mart 2021, 09:45 Koçaryanı dəstəkləyən Moskvanın Azərbaycanla bağlı bədnam planları - ŞƏRH 5 mart 2021, 09:40 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 5 mart 2021, 09:36 Manatın dollara qarşı məzənnəsi 5 mart 2021, 09:32 Hövsanda itkin düşən məktəbli qız tapıldı 5 mart 2021, 09:28 Binəqədidə köçkün yataqxanası yanıb 5 mart 2021, 09:26 Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir” 5 mart 2021, 09:22 Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq 5 mart 2021, 09:16 Azərbaycan nefti BAHALAŞDI 5 mart 2021, 09:10 Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI 5 mart 2021, 09:05 Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir 5 mart 2021, 09:00 ABŞ konqresmeni ermənilərin Xocalıdakı qətlləri ilə bağlı bəyanat yaydı 5 mart 2021, 08:52