Arxiv
23 Sentyabr 2019, 08:37 | REPORTAJ
“Kapadokyanın filialı” Lazada - Dağlar arxasında bir kənd var... - FOTOLAR

Nə olsun ki, zamanında ata-babalarımız “gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” deyiblər. Elə Vətəndə də gəziləcək-görüləcək o qədər gözəl yerlər var ki. Üstəlik viza almaq dərdi yox, aviabiletlər, otel bronları kimi problemlər də yox. Ediləcək bir şey var: o da bel çanatalarınızı götürüb, yolu əlinizə alıb özünüzü dağlara vurmaqdır.

Modern.az-ın “Adama gəzmək qalır” rubrikasında bu dəfə öz elimizdən-günümüzdən danışaq. Dağlar arxasındakı iki gözəldən - Laza-Kuzun kəndləri arasındakı yürüş yolundan bəhs edək.

 

İki kəndin eyni adı olarsa...

Laza kəndini tanımayan yoxdur, yəqin ki... Kimisi bu kəndin Qəbələ rayonunda yerləşdiyini düşünür, kimi isə Qusarda. Bəli, hər iki tərəf haqlıdır. Laza hər iki rayonun arazisində yerləşən eyniadlı kənddir. Aralarını yalnız dağlar ayırır. Bir Laza Qusarda dağların arasındakı dərədə yerləşir.  Kəndin ikinci hissəsi dağın o biri yamacında, Qəbələ rayonu ərazisində, Dəmirçayın sahilində yerləşir. Deyilənə görə, kəndin sakinləri məhz oradan köç edərək buralarda məskən salıb və bu yeri Laza adlandırıblar. 

 


Xaricilərin sevimli Qusar “Laza”sı

Laza kəndi Böyük Qafqaz sıra dağlarının, “Şah yaylaq” və Şahdağ zirvəsinin (4242 metr) ətəklərində yerləşir. Dəniz səviyyəsindən 1300 metr hündürlükdə qərar tutub. Kənd o qədər mənzərəli, o qədər gözəl bir yerdə yerləşir ki, təsvir etməyə kəlimələr yetərsiz qalır. Kəndin ətrafı çox mənzərəlidir, qayalardan şəlalələr axıb tökülür.

Bəs kənddə kimlər yaşayır? Kənddə etnik ləzgilər yaşayır. Əcdadları tarixi Azərbaycan ərazisindəki ən qədim dövlətlərdən biri olan Qafqaz Albaniyası ilə bağlıdır. Əsl dağ adamlarıdır lazalılar, dağ adamlarına xas səmimilik, istiqanlılılıq,  qonaqpərvərlik. 30-a yaxın ev var bu kənddə, 130-a yaxın da sakini. Di gəl gör ki, il ərzində o qədər qonaq-qaralı olur ki... Xüsusən də xarici turistlərin ən çox sevdiyi yerlərdən birinə çevrilib Laza. Yerli əhali həyətlərində tikdikləri otaqları qonaqlara kirayə də veririlər.

 


10 kilometrlik cənnət

Bu kəndə 1 günlük də gəlmək mümkündür. İstər öz maşınınızla, istərsə də birgünlük turlara qoşulmaqla. Mən də “11 nömrə” turuna qoşularaq bel çantam çiynimdə keçi kimi dağlara dırmaşmaq qərarına gəldim. O qısa ana, o bir günə təbiətin o qədər gözəlliklərini sığdırdım ki, hansı tərəfə baxacağımı bilmirdim. Hər addımında bir başqa gözəllik... Lazadan başlayaraq təxminən 10 kilometr boyunca dağlar, təpələr aşaraq gəlib Kuzunda dayandıq. Nahar yeməyi üçün isə hər tərəf çox gözəl “restoranlarla” doludur. Menyu yox, od tutub yanan qiymətlər yox. Açırsan çantanı, götürdüyün yol azuqəni dağlara baxa-baxa iştahla yeyirsən.

Azdan-çoxdan hiking təcrübəsi olan biri kimi deyə bilərəm ki, Laza-Kuzun yürüş yolu çox gözəldir. Yol boyu ən çox diqqətimi çəkən isə Kapadokya qayalıqlarına bənzəyən qayalıqlar oldu. Hətta zarafatla Lazanı “Kapadokyanın filialı” da adlandırdıq.

Uzun-uzadı tərif yağdırmaqdansa, mən susum, şəkillər danışsın...



14 sentyabr Laza-Kuzun yolu

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti bahalaşdı 16 Oktyabr 2019, 23:59 Bakıda qardaş qardaşını bıçaqladı 16 Oktyabr 2019, 23:42 Hulusi Akar futbolçulara belə dəstək oldu - FOTO 16 Oktyabr 2019, 23:21 İlham Əliyevdən büdcə xərclərini şişirdənlərə XƏBƏRDARLIQ: “Öz cəzalarını alacaqlar” 16 Oktyabr 2019, 23:03 Bakıda ər həyat yoldaşı və qayınanasını qətlə yetirib YANDIRDI - FOTO 16 Oktyabr 2019, 22:41 “Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir” - İlham Əliyev 16 Oktyabr 2019, 22:24 Xəzərdə itkin düşən balıqçı belə axtarılır - VİDEO 16 Oktyabr 2019, 22:06 “Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir” - Prezidentdən məmurlara XƏBƏRDARLIQ 16 Oktyabr 2019, 21:47 Prezidentdən tələb: “Müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir” 16 Oktyabr 2019, 21:31 Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı bilgiləndirildi 16 Oktyabr 2019, 21:24 Tovuzda ağır yol qəzası: yaralılar var 16 Oktyabr 2019, 21:13 "Qarabağ" - APOEL oyununun biletləri satışa çıxarılır 16 Oktyabr 2019, 20:43 Hava limanından sərnişinlər təxliyyə olundu 16 Oktyabr 2019, 20:29 Beynəlxalq axtarışda olan azərbaycanlı qadın Belarusda tutuldu 16 Oktyabr 2019, 20:17 Suriyada yeni qaçqın təhlükəsi 16 Oktyabr 2019, 20:03 Fuad Qəhrəmanlının xanımı Baş prokurora müraciət etdi: "Mən və qızlarım şikayətçi deyilik" - FOTO 16 Oktyabr 2019, 19:59 AMEA-da yeni Mərkəz yaradıldı - Şahin Mustafayev direktor təyin olundu 16 Oktyabr 2019, 19:47 Yevlaxda iki avtomobil toqquşdu - xəsarət alan var 16 Oktyabr 2019, 19:33 Goranboyda qadını ilan vurdu 16 Oktyabr 2019, 19:26 Pompeo Türkiyə Prezidenti ilə görüşmək istəyir, Ərdoğan isə "Tramp gəlsin" deyir 16 Oktyabr 2019, 19:15 184 binanın istismarına icazə verildi – Dövlət Komitəsi 31 min mənzil sahibini SEVİNDİRDİ 16 Oktyabr 2019, 18:56 Azərbaycan bu təşkilata üzv qəbul edildi 16 Oktyabr 2019, 18:44 Goranboyda körpə qəfildən ölüb - səbəbi araşdırılır 16 Oktyabr 2019, 18:36 Prezident Mayıl Əhmədova orden verdi 16 Oktyabr 2019, 18:20 Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ 16 Oktyabr 2019, 18:08 “Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə   16 Oktyabr 2019, 17:57 Nazarbayev Bakı bulvarında piyada gəzdi - FOTO 16 Oktyabr 2019, 17:42 Messi 6-cı dəfə “Qızıl buts” aldı 16 Oktyabr 2019, 17:33 Minsk Qrupu Qarabağa səfər etmək üçün rəsmi Bakıdan icazə alıb - AÇIQLAMA 16 Oktyabr 2019, 17:18 Ağsuda betonqarışdıran maşın qaz kəmərini qırdı 16 Oktyabr 2019, 17:08 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul edib 16 Oktyabr 2019, 17:00 2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb 16 Oktyabr 2019, 16:59 Hadisə yerindən qaçan sürücü tutuldu 16 Oktyabr 2019, 16:58 Prezident yeni Dövlət Agentliyi yaratdı - FƏRMAN 16 Oktyabr 2019, 16:50 Şagirdlər niyə sinifdə saxlanılır? - “Uşaqlar “2” aldıqda valideynləri çağırıb deyirlər ki...” 16 Oktyabr 2019, 16:40