Modern.az

Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü

Qəbələdə 56 yaşlı kişi qoz ağacından yıxılıb öldü

23 Sentyabr 2019, 18:44

Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Kürd kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Yunus Məmməd oğlu həmkəndlisi Verdiyev Ələm İsmayıl oğluna məxsus həyətyanı sahədə qoz ağacından yıxılıb. 4.8 metr hündürlükdən yıxılan Y.İbrahimov hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?