Modern.az

Vilayət Quliyev:Qulağından tutmağa komsomolumuz, quyruğundan yapışmağa pionerimiz olmasa...”

Vilayət Quliyev: “Qulağından tutmağa komsomolumuz, quyruğundan yapışmağa pionerimiz olmasa...”

Aktual

24 Sentyabr 2019, 09:40

“Onilliklər öncə, orta məktəbin ibtidai sinfində oxuyan zaman Mayakovskinin indi də unutmadığım belə bir şeirini (deyəsən Rəsul Rzanın tərcüməsində) hansısa məktəb tədbirində deklomasiya demək üçün əzbərləmişdim”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev bildirib.

V.Quliyev yaddaşında qalmış şeir parçasını diqqətə çatdıraraq deyib:

Gələcək heç zaman gəlməyəcəkdir,
Onu gətirəcək yalnız insanlar!
Komsomol, tut onun qulağından,
Pioner, tut onun quyruğundan!

O zaman mənə gülməli görünmüşdü. Amma bir qədər ekstravaqant ifadə tərzinə baxmayaraq yüzdə yüz həqiqətdir - gələcək özü gəlmir, onu insanlar gətirir: yaxşısını da, pisini də! Qulağından tutmağa komsomolumuz, quyruğundan yapışmağa pionerimiz olmasa da, gərək xalqımıza, insanımıza yaxşı gələcək gətirmək üçün yorulmadan çalışıb-vuruşaq!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır