Arxiv
25 Sentyabr 2019, 11:02 | QARABAĞ
Tural Gəncəliyev Paşinyanı İFŞA etdi – “Məsələdən xəbəri yoxdu”

Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi verdiyi açıqlamada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndirib və Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzaya iradlar bildirib. Bəs görəsən Paşinyanın bu açıqlamaları nə qədər məntiqlidir?

 

Modern.az xəbər verir ki,“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirdiyi bəyanata münasibət bildirib.

 

T.Gəncəliyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu bəyanatı ilə bir daha Ermənistanın işğalçı ölkə olduğunu təsdiqlədi.

“ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza bildirmişdi ki, Paşinyanın “Qarabağ Ermənistandır” söyləməsi münaqişənin həlli ilə bağlı aparılan danışıqlara son deməkdir. Paşinyanın Metyu Brayzaya bu fikirlərinə görə irad bildirməsi Ermənistanın təcavüzkar siyasət yürütdüyünü nümayiş etdirir. Paşinyan bildirir ki, ilk erməni lideri olaraq münaqişənin həlli üçün həm Ermənistan, həm Dağlıq Qarabağ həm də Azərbaycan üçün məqbul olan həll variantına tərəfdardır. O bununla Dağlıq Qarabağın azərbaycanlı icmasını görməməzlikdən gəlməklə, münaqişənin həllinə qarşı olduğunu gizlətmir”. 

 

Paşinyana tövsiyə verən Tural Gəncəliyev bildirib ki, başqasını münaqişə ilə bağlı məlumatsız olmaqda ittiham etməkdənsə, özü 1992-ci ildə qəbul edilən ATƏT-in Helsinki sənədləri ilə yaxından tanış olsun.

“Əgər o həmin sənədlərlə tanış olsaydı görərdi ki, Dağlıq Qarabağın iki-yəni azərbaycanlı və erməni icmaları münaqişənin həllində maraqlı tərəflər kimi təsbit olunublar. Paşinyan son sözləri ilə göstərdi ki, münaqişə ilə bağlı Metyu Brayza deyil, məhz onun özünün məsələdən xəbəri yoxdur. 

Nikol Paşinyan anlamalıdır ki, münaqişənin yeganə həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində erməni və azərbaycanlı icmalarının bir yerdə ədalətli şəkildə yaşamasından ibarətdir. Biz bu fikirləri dəfələrlə səsləndirərək həm beynəlxalq təşkilatların, həm də Dağlıq Qarabağda yaşayan ermənilərin diqqətinə çatdırmışıq”. 

 

“Digər bir tövsiyəm isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasınadır”- deyə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri fikirlərin ə əlavə edib:

“Əgər Dağlıq Qarabağda yaşayan ermənilər cinayətkar xunta rejimindən qurtulmaq və Azərbaycanın suverenliyi çərçivəsində azərbaycanlı icma ilə birgə yaşamağa hazır olmayacaqsa, onda onları daha acınacaqlı gələcək gözləyir. Ermənistan rəhbərliyinin bu gün yürütdüyü siyasət Qarabağda yaşayan ermənilər üçün xoşbəxt gələcək vəd etmir. Nikol Paşinyanın sərsəm açıqlamaları məlumatsız, informasiya blokadasında olan erməni icmasını aldatmaq cəhdi kimi qəbul edilməlidir. 

Bölgədə sülh və təhlükəsizlikdə, sözdə səsləndirilən iqtisadi inkişaf və tərəqqidə həqiqətən maraqlı olanlar anlamalıdırlar ki, münaqişənin sülh yolu ilə həlli və Dağlıq Qarabağın iki icmasının birgə yaşayışının bərpa olunması təmin olunmadan bunların heç birinə nail olmaq mümkün deyil. İşğalçı Ermənistan rəhbərliyi nə qədər tez bunu anlayacaqsa, bir o qədər tez bölgəmizdə ədalət, inkişaf və sabitlik bərpa olunacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılır - FOTO 17 Oktyabr 2019, 22:13 Ramal "Maşın"ı tərk etdi 17 Oktyabr 2019, 22:13 Bakıda şagird idarəetmə sistemi yaradıldı 17 Oktyabr 2019, 21:48 Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı 17 Oktyabr 2019, 21:29 Türkiyənin Suriyada  zərərsizləşdirdiyi  terrorçu sayı 700-ə çatdı 17 Oktyabr 2019, 21:16 Uşaq hüquqları aylığına start verilir 17 Oktyabr 2019, 20:58 Ağstafada itkin düşən qadın Bakıda tapıldı 17 Oktyabr 2019, 20:44 Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir 17 Oktyabr 2019, 20:27 Əhalinin gəlirləri 6.7 faiz artıb 17 Oktyabr 2019, 20:16 Azərbaycan - Slovakiya oyununun stadionu dəyişdirildi 17 Oktyabr 2019, 20:01 Lukaşenko: "Rusiya dövlət deyil..." 17 Oktyabr 2019, 19:53 Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi 17 Oktyabr 2019, 19:34 “Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ÜNVANLADI 17 Oktyabr 2019, 19:29 İstanbulda yeni zəlzələ proqnozlaşdırıldı 17 Oktyabr 2019, 19:24 Ermənistanda yaşayış binası çökdü 17 Oktyabr 2019, 19:09 Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxundu 17 Oktyabr 2019, 18:55 Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü 17 Oktyabr 2019, 18:41 Şəhid xanımı xarici jurnalistlərlə Quba Soyqırım Məzarlığında - FOTO 17 Oktyabr 2019, 18:30 Minsk qrupundan Qarabağla bağlı nikbin BƏYANAT 17 Oktyabr 2019, 18:20 Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsindən DANIŞDILAR 17 Oktyabr 2019, 18:19 65 xarici jurnalist 3 gün Azərbaycanda – FOTOLAR 17 Oktyabr 2019, 18:17 Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir   17 Oktyabr 2019, 17:56 “Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir” - Türk ordusundan ETİRAZ 17 Oktyabr 2019, 17:54 Zakir Həsənov Pekinə gedəcək 17 Oktyabr 2019, 17:53 Bakıda rəisin evindən yarım milyonluq oğurluq edən şəxslərə hökm oxunub 17 Oktyabr 2019, 17:41 Manat sabah bu məzənnədə olacaq 17 Oktyabr 2019, 17:39 İcra Hakimiyyəti Tərtərdəki aksiyanı TƏSDİQLƏDİ: “Yayılan video yenidir” 17 Oktyabr 2019, 17:24 Gənclər Fondunun qrant müsabiqəsinin nəticəsini ELAN ETDİ 17 Oktyabr 2019, 17:20 Ukrayna Azərbaycanlıları Radası: diaspor siyasətində nə dəyişir 17 Oktyabr 2019, 17:15 İlham Əliyevdən çoxmənzilli binaların lift təsərrüfatı ilə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 17:12 Serbiyada təhsil üçün TƏQAÜD proqramı elan olundu 17 Oktyabr 2019, 17:10 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur 17 Oktyabr 2019, 17:10 Prezident Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam imzaladı 17 Oktyabr 2019, 17:06 Sabah bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcək 17 Oktyabr 2019, 17:01 Prezident Saleh Məmmədovu qəbuluna çağırdı: “Belə də davam edin!” 17 Oktyabr 2019, 17:00