Modern.az

“Gələn ilin büdcəsində maaşlar, pensiya və müavinətlər prioritet məsələ olacaq”

“Gələn ilin büdcəsində maaşlar, pensiya və müavinətlər prioritet məsələ olacaq”

25 Sentyabr 2019, 15:52

“İlkin məlumatlara əsasən deyə bilərik ki, 2020-ci ilin dövlət büdcəsi də sosial ağırlıqlı olacaq”.

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov növbəti ilin dövlət büdcəsinin ilkin göstəricilərinə əsasən bildirib.

Parlamentarinin sözlərinə görə, hələlik büdcədəki rəqəmlərdən dəqiqliyilə xəbərdar deyil:

“Büdcədəki rəqəmlər dəqiqiliyə bizə məlum deyil. Yəni bizə təqdim olunmayıb. Yalnız mətbuata və Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilərə əsasən, maaşlar, müavinətlər, pensiyalarla bağlı məsələlərin yenə də üstünlük təşkil edəcəyi gözlənilir. Bildiyiniz kimi, sosial sahə hər zaman gündəlikdədir.

Dövlət başçısı mütəmadi olaraq, bu sahələrə ayrılan vəsaitləri artırır. O cümlədən, 2020-ci ilin dövlət büdcəsində də bu, istisna deyil”.


V.Əhmədov bildirib ki, ənənəvi olaraq növbəti ilin büdcəsinin də sosial yönümlülüyü təmin ediləcək:


“Bu baxımdan maaşlar, pensiayalar, təqaüdlər və sosial müavinətlər, o cümlədən, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Amma konkret rəqəmlər  büdcə müzakirələri zamanı bəlli olacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir