Arxiv
29 Sentyabr 2019, 13:20 | İQTİSADİYYAT
Azərbaycana gələn turistlər bunlardan narazıdır  

Turizm mövsümünü artıq geridə qoysaq da, Azərbaycana turstlər gəlməyə davam edir. Məhz turizmin inkişafı ilə əlaqədar bütün fəsillərdə ölkəmiz turistlərin diqqət mərkəzində qalır.

Turizm potensialı haqqında düşündükdə maraqlı sual ortaya çıxır.

 

Azərbaycanda turistlərin ən bəyəndiyi məkanlar, razı və ya narazı qaldıqları xüsusiyyətlər nələrdir? Ölkəmizə gələnlər daha çox harada istirahət edirlər?

 

Bu suallara ərəbdilli bələdçi, müxtəlif ölkələrdən gələn turistlərlə işləyən bələdçi Vüsal Hacıyev cavab verib.

O Modern.az-a açıqlamasında bildirib ki, turistlər ölkəmizdə tanınmış restoranlarda, istirahət mərkəzlərində, rayonlardakı səfalı guşələrdə dincəlməyi sevirlər:

 

“Azərbaycana səyahətə gələn əksər turislərin, xüsusilə varlıların seçdiyi ən bahalı məkanlar Bakıda “For Seasons”, “Fairmont” otellər, Qəbələdə “Riverside”, Şəkidə “Marxal Resort” otelidir.

Restoranlara gəlincə dəbdəbəli istirahət üçün turistlərin ən bəyəndiyi restoran “Mangal Steak House”dur. Milli mətbəxin təamlarını dadmaq üçün o dərəcədə bahalı olmasa da ən əlverişli məkan Fəvvarələr meydanındakı “Firuzə” restoranıdır. Qubada “Aynur” restoranı, Qusarda “Xutoroq” İstirahət Mərkəzi, Qəbələdə “Qəbələ Xanlar” restoranına da turistlərin marağı yüksəkdir”.

 

Vüsal Hacıyev deyir ki, öz ölkəsində araşdırıb, əvvəldən Azərbaycanda olan tanışları ilə məsləhətləşib, xüsusi səyahət planı olan turistlərə də rast gəlib:

 

“Adətən xidməti təşkil etdiyimiz üçün biz turizm şirkətləri turistlər istirahət məkanlarını məsləhət görürük. Amma bəzən olur ki, turistlər ölkəmizə gələndə məlumatlı olurlar. Ya peşəkar turizmlə məşğul olanlardırsa, internetdən araşdırır, bəyənilən restoranları seçirlər. Ya da onlardan əvvəl Azərbaycana gələn dostların məsləhəti ilə özlərinin restoran siyahısını tərtib edirlər. Amma dediyim kimi əksərən biz turistləri yönləndiririk”.

 

Təbii olaraq, turistlərin ölkəmizdə bəyənmədiyi məqamlar da var. Bələdçi həmsöhbətimiz söyləyib ki, ölkəmizə gələnlər ən çox ikili menyu qaydasından narazı qalırlar:

 

“Turistlərin Azərbaycanda bəyənmədiyi başlıca məqam restoranlarda ikili menyu olmağıdır. Yəni yerli insanlara daha ucuz, turistlərə bahalı xidmət təklif edildikdə, bu onları incik salır. Amma ölkəmizdə bəyəndikləri yerlər çox olduğuna görə, onlar bu məsələyə də göz yumurlar. Ən çox Oğuz rayonunda yerləşən Xalxal şəlaləsini, Qəbələ və Qusar kanatını, Şəki “Bio Garden”i bəyəndiklərinin şahidi olmuşuq”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50 Conson Avropa İttifaqından xahiş etdi 20 Oktyabr 2019, 09:27 Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 20 Oktyabr 2019, 09:14 Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17