Modern.az

Təhsil haqqını ödəyə bilməyən tələbə itkin düşüb

Təhsil haqqını ödəyə bilməyən tələbə itkin düşüb

1 Oktyabr 2019, 17:08

Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb.

Modern.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya  Ə.Cəfərovun atası Əfqan Cəfərov məlumat verib.

O qeyd edib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də söhbətləşib:

“Əsədulla Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası üzrə təhsil alır. Çox tərbiyəli uşaqdır. İndiyədək hər hansı səhv hərəkəti olmayıb.

Bu il onun təhsil haqqını ödəyə bilmədik. Ödənişi 1500 manat idi. I  kursdan da kəsiri olubmuş. Özü bizə utanıb heç nə deməyib. Həm təhsil haqqını ödəyə bilmədiyimizə, həm də kəsiri olduğuna görə xəcalət çəkib evdən gedib. O gündən bəri məlumatımız yoxdur. Oğluma dedim ki, bu vəziyyətə üzülməsin. Dövlətə müraciət edərik, bizə köməklik edərlər.

Özümüz hazırda Qara Qarayev ərazisində kirayədə qalırıq. 25-ci polis bölməsinə axtarış üçün müraciət etmişəm. Amma məni o tərəf-bu tərəfə yollayırlar. Özüm neçə gündür ki, oğlumu axtarıram. Oğlum hardadırsa, evimizə qayıtsın. Biz onun yolunu gözləyirik”.

Qeyd edək ki, Əsədulla Cəfərovu görənlər atası ilə əlaqə saxlaya bilərlər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir