Arxiv
3 Oktyabr 2019, 12:41 | ANALİTİKA
Vatikana dəvət olunan müsəlman ruhani - Allahşükür Paşazadə Roma Papası ilə nəyi müzakirə edib…

Bu ilin sentyabrında Müqəddəs Taxt-Taca rəsmi səfər edən xarici işlər naziri Elmar Məmmədyarov  14-15 noyabrda Bakıda keçiriləcək Şeyxülislam Allahşükür Paşazdənin 70 illik yubiley mərasimi və  “Dünya dini liderlərinin II Bakı Sammiti”nə dəvət məktubunu Vatikana çatdırıb.

Azərbaycanın katolik dünyasının ürəyi sayılan Vatikanla çox geniş və yaxşı münasibətləri var. Ölkəmizdə 2008-ci ildən onların kilsəsi fəaliyyət göstərir, mərasimləri keçirilir.

Böyük bir dini müstəvini təşkil edən katolik dünyasının müsəlman aləmi  ilə yaxın əlaqələri elə də böyük tarixə malik deyil. 1965-ci ildə keçirilıimiş Katolik Məclisi qeyri-xrisitan dinləri ilə təmasların yaradılması barədə qərar qəbul etsə də, bu əlaqələrin fəal dövrü yalnız 2001-ci ildən sonra başladı.

Azərbaycan isə hələ 90-cı illərdən  etibarən Vatikanla  əlaqələrini genişləndirmək xəttini tutub.  Bu sırada Qafqaz Müsəlmanları İdarəsinin  sədri Allahşükür Paşazadənin fəaliyyəti də rol oynayıb.  

O vaxt regionda baş vermiş mühüm proseslərdə - müharibələrdə, müstəqillik uğrunda gedən mübarizələrdə QMİ sədrinin birmənalı mövqeyi və dəstəyi A. Paşazadəni ictimai-siyasi proseslərin ayrılmaz hissəsinə çevirə bilmişdi.   
Gənc Şeyxülislamın təşkilatçılığı ilə sovet dövründə -1986-cı ildə Bakı şəhərində İslam Konfransı Təşkilatının himayəsi altında keçirilmiş “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans İslam dünyasında böyük rezonansa səbəb olmuşdu.  60 müsəlman ölkəsini təmsil edən 600 nümayəndənin iştirakı ilə 3 gün ərzində davam edən bu konfrans SSRİ-nin ictimai həyatında mühüm hadisəyə çevrilmişdi.

Belə fəaliyyət Vatikanın da diqqətini cəlb etmişdi.

1990-cı ilin yanvarında - qanlı qırğından cəmi bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığına əsasən, Moskvaya ezam olunmuş İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro nəyin bahasına olursa-olsun Şeyxülislam Allahşükür Paşazadə ilə telefon əlaqəsi yaratmalı, Bakıda baş verənləri ətraflı araşdırmalı idi. Çətinliklə olsa da, italiyalı jurnalist Vatikan başçısının tapşırığını yerinə yetirir və Şeyxülislamla 40 dəqiqə davam edən telefon danışığı əsasında hazırladığı müsahibəni «Reppublika» qəzetində çap etdirir. Etsio Mauro həmin günlər ətraf aləmdən təcrid edilmiş Azərbaycanın haqq səsini dünyaya yayan ilk əcnəbi jurnalist olur. Şeyxin çox ağır və mürəkkəb günlərdə nümayiş etdirdiyi qətiyyətli mövqeyi ilə o zaman dünyanın diqqətini Azərbaycana yönəldə bildi, informasiya blokadasını yarmağa nail oldu. Roma Papasının xalqımızın  o ağır günündə informasiya blokadasının yarılmasında göstərdiyi dəstək münasibətlərin yaranmasında ilk cığır sayıla bilər.

1992-ci ilin mayında Azərbaycanın müstəqilliyini tanıyan Vatikan bu müsəlman respublikası ilə münasibətlərin qurulmasına ilk gündən diqqət verib.  Vatikanın dünya siyasətinin müəyyən edilməsində nüfuzu danılmazdır.  Qlobal proseslərin yönləndirilməsində,  dini kəsimin siyasi məsələlərə baxışında çox ciddi rol oynayan Roma Papasının fəaliyyəti sülh və dinc birgəyaşayış üçün vacib faktor sayılır.


Vatikan dövləti ilə Azərbaycanın münasibətləri iki müxtəlif səmavi dinlərə sitayiş edən ölkələrin etibarlı platforması kimi formalaşıb.

Bu əlaqələrin zirvə nöqtəsi Roma Papası İohann Pavelin 2002-ci ildə Azərbaycana səfəri və burada keçirdiyi görüşlər oldu. Mərhum prezident Heydər Əliyevin dəvəti ilə baş tutmuş bu səfər o zaman katolik dünyasında geniş rezonans doğurdu və Papanın müsəlman ölkəsi ilə münasibətlərində bir dönüş nöqtəsi oldu.


Azərbaycanda rəsmi səfərdə olan Roma Papası II İohann Pavel mayın 23-də İdman sarayında messa - ibadət mərasimi keçirdi. Həmin gün II İohann Pavel “İsa Məsih” Roma Katolik prixodunda  Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdü. Şeyxülislam görüşdə  Roma Katolik Kilsəsi başçısının bu səfərinin sülhə və xalqlar arasında qarşılıqlı anlaşma prosesinin yaxşılaşmasına xidmət edəcəyini demişdi.


Bundan sonra Vatikana dəvət alan QMİ sədri bununla da islam dünyasında ora çağırılan  məhdud sayda din xadimlərinin cərgəsinə düşdü.

Papa papası İohann Pavelin Azərbyacana səfəri mühüm əhəmiyyət daşıyırdı. Səfər zamanı Papa qeyd etdi ki, Azərbaycanda müxtəlif mədəniyyətlərin qovuşuğndadır və ölkənin  tolerantlıq ruhu ilə  fəxr etməmək qeyri-mümkündür. Papa Qafqazda qanlı qarşıdurmalardan təəssüfləndiyini bəyan edərək, belə münaqişələrdə dinin adından çıxışın yolverilməz olduğunu bəyan etdi. 

QMİ sədrinin Vatikana səfəri isə  17-20 noyabr 2004-cü il tarixlərində baş tutdu. Roma Papası II İohann Pavelin dəvəti ilə Vatikana gedən Şeyxülislam Allahşükür Paşazadə ikitərəfli danışıqlar zamanı bir sıra məsələləri müzakirə etmişdi.  Görüş zamanı İohann Pavel Qarabağ məsələsinin həlli ilə Azərbaycanda süh və əmin –amanlığın bərpa olunmasını arzuladığını demişdi.  A.Paşazadə isə dinlə bağlı problemlərin həlli üçün beynəlxalq komissyanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi.

Papa bu təşəbbüsü qəbul edərək A. Paşazadənin həmin komissiyanın tərkibinə daxil olmasını təklif etmişdi.  Səfər barədə açıqlamasında QMİ sədri bildirmişdi ki, o, Papa ilə dinlərarası dialoq, beynəlxalq terroizm ilə mübarizə, Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib.

Vatikan münaqişənin sülh yolu ilə həlli ilə bağlı Azərbaycanın mövqeyini bəyəndiyini bəyan etmişdi.

2007 və 2013-cü illərdə  QMİ sədri Vatikana səfərlə bağlı daha bir dəvət aldı. Bu təklifi Vatikan dövlətinin Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti Şeyxülislamla görüşündə vermişdi.

K.Qucerotti Azərbaycanda dini vəziyyətin unikal olduğunu, dünyada çox nadir hallarda müşahidə olunan müxtəlif konfessiyaların ölkədə dinc şəkildə yaşadığını qeyd edərək, 2004-cü ildə başlanmış dinlərarası dialoqu davam etdirmək üçün şeyxülislamın Vatikana yeni səfər etməsini istədiyini bildirmişdi.  Roma Papası II İohann Pavel  A.Paşazadəyə göndərdiyi məktubunda bu mövqeyi təqdir edərək, “müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”, - deyə yazmışdı.


Belə mövqeyin formalaşmasında Prezident Heydər Əliyevin ilk gündən ölkədə dini tolerantlıq və birgəyaşayış prinsiplərini əsas prioritet elan etməsi çox mühüm rol oynayıb.
Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət Azərbaycanın çoxkonfessiyalı cəmiyyətini dünya müstəvisinə təqdim etməyə hesablanıb. Seçilmiş bu çox uğurlu siyasət indi də aktuallığını saxlayır. Dövlətimizin tolerantlıq nümunəsi dini təfriqədən əzab çəkən, müxtəlif maraqlı güclərin əlində siyasi təzyiq vasitəsi olan radikal dini təməlçiliyin qurbanına çevrilimiş dövlətlər üçün çıxış yolu kimi baxılır.  QMİ və onun sədrinin dövlətin siyasətinin təbliğində əsas tərəfdaş olması, bu prinsiplərin təbliği üçün unikal imkan yaradır.

Bu baxımdan Vatikanla qurulmuş əlaqələr müsəlman və xristian dünyasının birgə yaşam prinsiplərinin təqdimatında əhəmiyyətli həlqəni təşkil edir.

2016-cı ilin oktyabrında Roma Papası Fransiskin Azərbaycana səfəri münasibətlərin yeni fazasına keçid oldu. Azərbaycan prezidenti  İlham Əliyev görüş zamanı onun dəvətini qəbul edib gəldiyi üçün Papaya minnətdarlıq etdi və bunu “tarixi səfər” adlandırdı.

Səfərin Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə ilə barəbər, bütün bəşəriyyət üçün önəmli olduğunu deyən dövlət başçısı Papanın səfərini sivilizasiyalararası dialoqun davamı və güclənməsi kimi xarakterizə etmişdi. Roma Papası Fransisk çıxışında  yeni mərhələnin başlanmasını mümkün etmək məqsədilə bölgədə sabit sülhün qurulması üçün razılıq doğuran həll variantına nail olmaq naminə hamını əlindən gələni etməyə çağırmışdı.

Həmin səfər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Roma Papası Fransisklə təkbətək görüşü keçirilmişdi.

Görüşdə qeyd olunmuşdu ki, Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayıblar. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim ölkəmizdə  sivilizasiyalar qovuşub, həmişə Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıb.

Azərbaycanın dinlərarası, xalqlararası, millətlərarası münasibətlərin təbliği üçün irəli sürdüyü “Bakı prosesi” artıq dünyada böyük şöhrət qazanıb. Bu gün ölkəmizdə “Bakı prosesi” çərçivəsində bir çox beynəlxalq tədbirlər keçirilir. Onların içində Dünya Dini Liderlərinin Zirvə görüşünü qeyd etmək olar.  Multikulturalizm ideyalarının təbliği işində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır.

Bu baxımdan Vatikan-Azərbaycan əlaqələri artıq 27 ildir ki,  uğurla inkişaf edir.  Azərbaycanda cəmi 2000 katolik var. Bakıdakı Bakirə Müqəddəs Məryəm katolik kilsəsi ölkədə yeganə belə kilsədir. 6 iyul 2011-ci ildə Vatikan tərəfindən ratifikasiyadan sonra katolik icmasının dövlət qeydiyyatından keçməsi barədə Azərbaycan hökuməti ilə bağlanan saziş qüvvəyə minib.

 

Azərbaycan hakimiyyəti bütün dinlərin sülh şəraitində yaşaması üçün hər cür şərait yaradıb.  Aparılan siyasət dünya çapında böyük maraqla qarşılanıb və nüfuzlu dini liderlər tərəfindən xeyir-dua alıb.

Bu siyasi prioritet bu gün məzhəb və dini savaşların, radikal təməlçilərin girdabına düşmüş ölkələr üçün ümidə və nümunəyə çevrilib. Prezident İlham Əliyevin tolerantlıq siyasətinin təbliğində unikal rol oynayan QMİ və onun sədri A. Paşazadə ölkədə dinlərarası əməkdaşlığın möhkəmlənməsi üçün öz töhfələrini verir. Vatikanla münasibətlər də bu faktor əhəmiyyətli rol oynayır.

 

A.Səfərli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07 Azərbaycanlı jurnalist vəfat etdi 19 Yanvar 2020, 15:00 Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!” 19 Yanvar 2020, 14:20 Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya…  19 Yanvar 2020, 14:06 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (VİDEO) 19 Yanvar 2020, 13:29 Azərbaycan seçki tarixində ilk: Seçicilər üçün  elektron kabinet – VİDEO  təqdimat 19 Yanvar 2020, 13:16 Çingiz Qənizadənin seçicilərlə növbəti görüşü 19 Yanvar 2020, 12:47 Gömrükdən qanunsuz dərman keçirmək istədilər - Fotolar 19 Yanvar 2020, 12:32 Novruz Aslanovun seçicilərlə görüşü davam edir - FOTOLAR 19 Yanvar 2020, 12:00 Azərbaycan XİN: "20 yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır" 19 Yanvar 2020, 11:45 Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşüb 19 Yanvar 2020, 11:37 Çində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər 19 Yanvar 2020, 11:23 “Neftçi” Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb 19 Yanvar 2020, 11:18 Yunanıstanda zəlzələ olub 19 Yanvar 2020, 11:13 Partiya sədri parlament seçkiləri ilə bağlı mətbuatdakı sorğulara qarşı 19 Yanvar 2020, 11:08 Tramp impiçment üzrə bütün ittihamları rədd edib 19 Yanvar 2020, 10:43
SORĞU Yeni parlamentdə kimlər olsun?