Modern.az

İqlim dəyişikliyində solluq uşaq xəstəliyi - Heydər Əliyevin tərcüməçisi YAZIR

İqlim dəyişikliyində solluq uşaq xəstəliyi - Heydər Əliyevin tərcüməçisi YAZIR

9 Oktyabr 2019, 11:30

Tahir Kərimov

Diplomat, Harvard Universitetinin məzunu,

Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi 



15 yaşlı bir uşağın adının qəzet səhifələrinə düşməsi adi hal deyil. Uşağın dərs buraxması ilə bağlı yazının elə həmin gün “The Guardian” qəzetində çıxması isə tamamilə gözlənilməzdir.

2018-ci il sentyabrın 1-i nəşrində “The Guardian” isveçli məktəbli Qreta Tunberq haqqında yazı dərc etdi. Həmin gün səhər Qreta məktəb əvəzinə İsveç parlamentinin qarşısına yollandı və sentyabrın 9-na təyin olunmuş seçkilərədək məktəbə getməyəcəyini, əvəzində parlament binası qarşısında aksiyalar keçirib, hamının diqqətini qlobal iqlim dəyişikliyinə təsir etməyin vacibliyinə yönəldəcəyini bəyan etdi. Qreta tələb edirdi ki, siyasətçilər uşaqları iqlim dəyişikliyi kimi bəladan qurtarmaq üçün təcili addımlar atsınlar. Bir gün içərisində 15 yaşlı qızın addımı dünya mətbuatında müzakirə olunan əsas mövzulardan birinə çevrildi.

 

Qretanın aksiyalara başladığı gün yazının “The Guardian”da çıxması təkcə jurnalist operativliyi idimi? 15 yaşlı qızcığazın parlament binası qarşısında iqlim dəyişikliyi mövzusunda oturaq aksiya keçirməsi doğrudanmı dünya əhəmiyyətli bir mövzudur? Dünyanın digər ərazilərindən hansı isə başqa bir uşağın dərsə getməməsi, parlament binası qarşısında oturub nə isə tələb etməsi eyni dərəcədə diqqət çəkərmi?

 

Bu suallara cavab tapmaq üçün hadisələrin gedişatına baxaq.

İsveçin Laplandiya hissəsində 2018-ci ilin yayında 60 meşə yanğını qeydə alındı. Yanğını söndürmək üçün Fransadan əsgərlər, İtaliyadan su bombaları daşıyan təyyarələr, Danimarka, Norveç və Estoniyadan isə yanğın söndürənlər yardıma gəldilər. 

 

Amma, İsveç iqlim şəraitinin dəyişdiyi yeganə ölkə deyil. Son 120 ildə dünya üzrə havanın hərarəti 8 dərəcə artmışdır.

2018-ci il dünyanın bir çox regionlarında Afrikada, ABŞ-ın Kaliforniya və Corciya ştatlarında , Avropada(xüsusilə də Böyük Britaniya və Yunanıstanda), Amazonda meşə yanğınları ilə yadda qaldı. Alimlər 30 ildən sonra planetimizdə Mini Buz Əsri yaşanılacağını söyləyirlər. Həm də dünya üzrə karbon tullantılarının yalnız 0.15%-0.17%-i İsveçin payına düşür. Bundan əlavə ölkə 2045-ci ilədək karbon tullantılarının həcmini sıfıra çatdırmağı qarşıya məqsəd qoymuşdur.  Bəs onda nəyə görə İsveç? Nəyə görə isveçli məktəbli?

 

Bir ilədək sürən nisbi sakitlikdən sonra dünyanın aparıcı xəbər agentlikləri yenidən Qreta Tunberq mövzusuna qayıdırlar.  24 sentyabr 2019-cu il Nyu Yorkda BMT-nin İqlim Dəyişikliyi Sammiti keçirildiyi bir vaxtda. Məlum olur ki, 16 yaşlı Qreta da konfransın iştirakçısıdır. Xüsusi qeyd olunur ki, Qreta Nyu Yorka daha çox karbon emissiyaları ötürən təyyarə ilə deyil, ətraf mühitə daha az ziyan verən gəmi ilə səyahət etmişdir. Bu dəfə Qreta Tunberq artıq dünya liderlərini məsuliyyətə çağırır.

 

Qəribədir axı, iqlim dəyişikliyi dünya liderlərinin istəkləri, səyləri və iradəsindən asılı olmayaraq baş verir. Dünya liderlərinin birgə bəyanatları və imzalanmış protokollar da çox vaxt məhz emissiyalar bahasına başa gələn müasir iqtisadi tərəqqinin qarşısını ala bilməz. Qreta Sammitin panel müzakirələrinin birindəki çıxışı və Amerika prezidenti Trampa nifrət dolu baxışlarla baxması ilə yadda qaldı. Amma, kütlələrin məsələyə baxışını sifarişçinin istədiyi istiqamətə yönləndirmək üzrə təcrübəli xəbər proqramları Qretanın çıxışına nə qədər “alovlu” donu geyindirməyə çalışsalar da, tamaşaçının gözündən o da qaçmadı ki, qızcığaz xüsusi natiqlik qabiliyyətinə malik deyil, dediklərini kağızdan oxuyur və hiss olunur ki, danışdığı mövzu ilə bağlı dərin bilikləri yoxdur. Kumirinin siyasi fəal və insan haqqları müdafiəçisi

Roza Parks olduğunu söyləyən Qreta Tunberq, açıq-aydın Asperger sindromunun daşıyıcısıdır. O, tez-tez təkrara yol verir, fikrini cəmləyə bilmir, özünü ələ almaqda çətinlik çəkir, emosiyalarını cilovlaya bilmir, müxtəlif səpkili suallara eyni cavablar verir.

 

…….və nəhayət Qreta Tunberqin Nobel mükafatına namizəd kimi təklif olunması məsələsi gündəmə gəlir……

 

2019-cu il oktyabrın 2-si Rusiya Energetika Həftəsi Forumunun plenar iclası çərçivəsində, Rusiya prezidenti Vladimir Putin Qreta Tunberq haqqında sualı cavablandırarkən bildirdi ki, onun fəaliyyətinin heyranı olanlarla eyni mövqeyi bölüşmür. Putinə görə Qreta yaxşı qızdır, amma heç kim ona real həyatı izah etməmişdir. Putin əlavə etmişdir ki, uşaqların qlobal iqlim dəyişikliyi kimi problemlərlə maraqlanması sevindiricidir, lakin uşaqların və yeniyetmələrin siyasi məqsədlər üçün istifadə olunması xoşa gələn hal deyil.

 

Əslində Putin digər siyasətçilərin cəsarət edib səsləndirmədiyi fikri səsləndirdi. Bunu kimsə deməli idi. Açıq-aydın hiss olunur ki, 16 yaşlı qız kimlərinsə siyasi məqsədləri üçün istifadə olunur. Qretanın müğənni anası və aktyor atası ilkin mərhələdə uşaqlarının məktəbə getməməsindən narahatlıq keçirirdilərsə də daha sonra liberal yanaşmaya üstünlük verdilər.  Yəni, liberal valideynlərin uşaqlarının populyarlığına görə solçulardan hansısa kompensasiyanı aldıqlarını da istisna etmək olmaz.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır