Arxiv
10 Oktyabr 2019, 14:30 | AKTUAL
İlham Əliyev avstriyalı naziri qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Modern.az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

- Sizi yenidən görməyimə çox şadam. Mən bizim Vyanadakı görüşümüzü xatırlayıram, çox səmərəli və çox ümidverici idi. Ümidvaram ki, Azərbaycana səfəriniz çox uğurlu olacaq, biz sıx əməkdaşlığımızı davam etdirəcəyik. Mən cənab Prezidentlə, Baş Nazirlə görüşümü xatırlayıram. Bildiyiniz kimi, çox səmimi və mehriban görüş idi. Düşünürəm ki, bu, çox mühüm şəxsi təmas idi. Biz bir daha ölkələrimiz arasındakı əməkdaşlığa verdiyimiz böyük əhəmiyyəti və tərəfdaşlığı genişləndirməyə hazır olduğumuzu qeyd etdik.

Siz də bildiyiniz kimi, ölkənizdən olan bir çox şirkətlər müxtəlif sahələrdə bizim tərəfdaşlarımızdır. Mənim Baş Nazirə dediyim kimi, onlar Azərbaycandakı tikinti layihələrində mühüm rol oynayıblar. Onlar yeni memarlıq üslubu baxımından, eləcə də infrastruktur sahəsində çox yaradıcıdırlar. Mən, həmçinin şadam ki, hazırda biz sizin məsul olduğunuz nəqliyyat sektorunda əməkdaşlığın fəal mərhələsindəyik və bizim hazırda Avropa ilə Asiyanı birləşdirmək planlarımız həyata keçirilir. Biz bu istiqamətdə yaxşı nəticələrə, yaxşı irəliləyişə nail olmuşuq. Şərq-Qərb dəhlizi fəaliyyət göstərir. Biz Çindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik və sizin burada Azərbaycanda infrastrukturla bağlı gördüyünüz bütün işlər hazırda iqtisadi tərəfdaşlıq və birlik işinə xidmət edir.

Bildiyiniz kimi, Azərbaycan nəqliyyat sektoruna böyük həcmdə investisiya yatırıb. Altı beynəlxalq hava limanı, müasir dəmir yolu sistemi, yeni magistral yollar, Xəzər dənizində ən böyük dəniz limanı, əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi və həmçinin bu il biz artıq Şimaldan Qərb istiqamətində gedən yükləri qəbul etməyə başlamışıq. Beləliklə, indi söhbət Şimal-Qərb dəhlizindən gedir. Azərbaycan bu layihədə çox mühüm rol oynayır, çünki biz Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində iştirak edirik. Nəqliyyat sektoru gələcək iqtisadi inkişafın hərəkətverici qüvvəsi olacaq sahələrdən birinə çevrilir. Mən bilirəm ki, bizim dəmir yolları qurumumuz avstriyalı həmkarları ilə yaxşı təmaslar qurub. Bunlar çox ümidverici addımlardır. Əminəm ki, Azərbaycana səfəriniz ərzində bütün bu məsələlər geniş şəkildə müzakirə ediləcək və biz atmalı olduğumuz yeni addımları müəyyənləşdirəcəyik. Bir daha xoş gəlmisiniz.

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt deyib:

- Cənab Prezident, dostcasına dediyiniz sözlərə görə Sizə təşəkkür edirəm. Ötən dəfə biz Vyanada görüşmüşdük. O vaxt mən nazir müavini idim, indi nazirəm, lakin mövzular dəyişməyib. Biz hələ də iqtisadi sahələrimizi yaxınlaşdırmağa və birgə layihələri inkişaf etdirməyə çalışırıq. Ötən dəfə Vyanada müzakirə etdiyimiz kimi, vəzifəmiz bəzi layihələrlə bağlı konkret ideyaları inkişaf etdirmək və Avstriyanın dünyada məşhur texnologiya şirkətlərini Azərbaycana gətirməkdir. Bir qədər sonra biz Sizə bəzi konkret ideyaları təqdim etmək istəyirik. Bizim burada kiçik, lakin rəqabət qabiliyyəti çox yüksək olan biznes nümayəndə heyətimiz var. Bizim bu gün və sabah ikitərəfli görüşlərimiz olacaq.

***

Saat 11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Mançester Siti" Avropa Super Liqasını tərk edir 21 Aprel 2021, 00:59 ABŞ Dövlət Departamenti Rusiyanı təcavüzkar adlandırdı 21 Aprel 2021, 00:43 Paşinyan təcili Zəngəzura GETDİ 21 Aprel 2021, 00:30 Bakının mərkəzində yanğın 21 Aprel 2021, 00:15 Zelenski Putini Donbasda görüşə çağırdı 21 Aprel 2021, 00:07 “ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir” - Çavuşoğlu   20 Aprel 2021, 23:58 “Mançester Yunayted”in prezidenti istefa verdi 20 Aprel 2021, 23:53 Avropa Super Liqası ləğv olundu? 20 Aprel 2021, 23:42 Rusiya MN-dən Xudavəng AÇIQLAMASI 20 Aprel 2021, 23:27 Litvada naməlum koronavirus mutasiyası tapıldı 20 Aprel 2021, 23:11 Türkiyədə virusdan ölüm sayında yeni REKORD 20 Aprel 2021, 22:59 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı 20 Aprel 2021, 22:45 İngiltərənin 2 klubu Avropa Super Liqasını tərk edəcək? 20 Aprel 2021, 22:39 Əli Əsədov Rusiyaya dəvət olundu 20 Aprel 2021, 22:25 Daşkəsəndə ağır qəza - xəsarət alanlar var 20 Aprel 2021, 22:11 İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışını etdi - YENİLƏNİB 20 Aprel 2021, 21:59 Turan Bayramov Avropa ikincisi oldu 20 Aprel 2021, 21:49 Prezident "Qarasu" yarımstansiyasının açılışında - YENİLƏNİB 20 Aprel 2021, 21:41 Zəngilanda hava limanı tikiləcək   20 Aprel 2021, 21:35 Azərbaycan xalqı Zəngəzura qayıdacaq - Prezident 20 Aprel 2021, 21:21 Boksçumuz dünya üçüncüsü oldu 20 Aprel 2021, 21:08 “Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun” – İlham Əliyev 20 Aprel 2021, 20:55 Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00