Modern.az

Əli Əhmədov: “Ermənistan hazırkı möqeyini davam etdirəcəksə...”

Əli Əhmədov: “Ermənistan hazırkı möqeyini davam etdirəcəksə...”

Aktual

10 Oktyabr 2019, 14:45

Ölkə başçısının "Valday" diskusiyya klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır" bəyanatını bu gün ölkəmizin hər yerində eşidirik. Həmin bəyanatın bir məğzi də bu idi ki, Azərbaycanın erməni əhalisi Azərbaycanın tərkibində çox kiçik etnik qrupdur. Bu kiçik qrupun xalqların müqəddəratını təmin etmə prinsipindən yararlanması absurddur".

 

Modern.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov "Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusundakı dəyirmi masada deyib.

Əli Əhmədov bildirib ki, bu kiçik qrupun belə iddiası dünya birliyi tərəfindən də qəbul olunmur:

"Milli birliyi, vətəndaş həmrəylini təmin edən fundamental ideyalardan biri məhz “Qarabağ Azərbaycandır” fikridir. Güman edirəm ki, bu daha böyük hərəkata çevriləcək. Bu Azərbaycan Ordusunun döyüş qabiliyyətinin əzmini, torpaqlarımızı azad emtək istəyini daha da gücləndirir. Azərbaycan hər hansı bir parçasının mənsubiyyətini dəyişməsinə heç bir halda razı deyil".



Əli Əhmədov deyib ki, danışıqlar prosesində iştirak edən tərəflər məlumdur. Qarşı tərəfin -Ermənistanın konstruktiv mövqeyinin ortada olması aktiv danışıqların davam etdirilməsinin əsas şərtlərindəndir.

 

 "Ermənistan hazırkı möqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, ilk növbədə vasitəçilər danışıqlar prosesi ilə əlaqədar mövqeyində ciddi dəyişikliklər etməyə məcbur olacaqlar". 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır