Modern.az

Qadını ata bağlayıb işgəncə verdilər? - RƏSMİ, VİDEO

Qadını ata bağlayıb işgəncə verdilər? - RƏSMİ, VİDEO

Aktual

10 Oktyabr 2019, 20:02

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Goranboy rayonu, Əlirzalı kənd sakini Sahilə Ələkbərovanın qonşuluqda yaşayan qadın və övladları tərəfindən döyülməsi, daha sonra guya ata bağlanaraq işgəncə verilməklə sürüdülməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun olmadığından Goranboy rayon prokurorluğu tərəfindən təkzib edilir.

Modern.az  xəbər verir ki, Goranboy rayon prokurorluğundan "Trend"ə verilən məlumata görə oktyabrın 10-da Sahilə Ələkbərova özünə məxsus atın qonşunun həyətyanı sahəsində olduğunu görərək onu gətirmək istəyərkən qonşusu Firduz Dəmirova ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun oğlu Ariz Dəmirov tərəfindən döyülərək aldığı bədən xəsarətləri ilə əlaqədar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ariz Dəmirov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Mərkəzi rayon xəstəxanasına yerləşdirilən Sahilə Ələkbərovanın vəziyyəti kafidir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı