Modern.az

Ərdoğandan Azərbaycana səfəröncəsi açıqlama: "Bakıya çatan kimi..."

Ərdoğandan Azərbaycana səfəröncəsi açıqlama:

Aktual

14 Oktyabr 2019, 12:45

"Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir".

 

Modern.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya yola düşərkən Esenboğa Hava Limanında keçirdiyi mətbuat konfransında deyib.

 

“Əziz qardaşım, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə 14-15 oktyabr 2019-cu il tarixlərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvəsinə qatılmaq üçün bir azdan Bakıya hərəkət edəcəyik. Səfərimdə məni nazirlər və müxtəlif qurum təmsilçilərindən ibarət geniş nümayəndə heyəti müşahidə edəcək. Bakıya çatanda ilk olaraq qardaşım Əliyevlə bir araya gələcəyik. Daha sonra Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilat tərəfindən təşkil edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıdakı iclasında xaricdə yaşayan iş adamlarımızla görüşəcəyik.

 

Bu sammit bir çox baxımdan tarixə düşəcək. Zirvə Türkiyə- Azərbaycan- Qazaxıstan- Qırğızıstan tərəfindən 3 oktyabr 2009-cu ildə imzalanan Naxçıvan razılaşmasının 10-cu ildönümünə həsr olunub. Bakı iclasında Özbəkistanın da tam üzv olaraq aramıza qatılmağının şahidi olacağıq. Şuramız bununla daha da güclənmiş olacaq”, - deyə Türkiyə prezidenti bildirib.

  

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı