Modern.az

“Prezident mübarizəni həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi”

“Prezident mübarizəni həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi”

Aktual

14 Oktyabr 2019, 13:41

"Prezidentin Valday forumu və Aşqabadda etdiyi çıxışlar beynəlxalq münasibətlər tarixində milli maraqları qorumaq mövqeyində qızıl hərflərlə yazılacaq çıxışdır".

 

Modern.az verir ki, bunu "Qarabağ Azərbaycandır!" mövzusunda forumdakı çıxışında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

 

Deputat bildirib ki, hər bir azərbaycanlı kimi o da bu gün qürur hissi keçirir: 

 

"Bu gün çox çətin, mürəkkəb, ədalətsiz beynəlxalq mühitdə yaşayırıq. Xalqları siyasi əqidədən silmək, onları xaosa sürükləmək niyyətində  olan qüvvələr, çox güclüdür. Heç də hər bir xalq bu qüvvələrə qarşı mübariz olub,  sinə gərmək iqtidarında olmur. Biz də bu mübarizənin içindəyik. Böhtana, yalana qarşı, torpaqlarımızın işğal edən işğalçı qüvvələrə qarşı mübarizədəyik. Bu mübarizəni prezident Valday forumunda və Aşqabadda həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi". 

 

Seyidov prezidentin çıxışından 3 əsas məqama toxunub:

"Birincisi, prezidentin şəxsi keyfiyyətidir. Hesab edirəm ki , Azərbaycanın milli maraqlarının qorunması istiqamətində  ən güclü silahlarımızdan biri prezidentin şəxsi keyfiyyətləridir. İkincisi, bütün ekspertlər prezidentin çıxışını təhlil edərkən çox vacib bir məqama toxunublar. Prezident ümumbəşəri dəyərləri Azərbaycanda aparılan siyasətlə uyğunlaşdırdı. Azərbaycanda aparılan siyasət dünya və beynəlxalq əlaqələrin  inkişafında müdafiə edilməsi üçün əsas yaradıcı siyasət kimi qiymətləndirildi. Üçüncü məsələ isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair erməni propaqandasını ifşa etmək və onu darmadağın etməkdir.  Prezident çıxışında qeyd edir ki, Azərbaycanda olan humanitar məsələlər, insansevərlik dünyada gedən proseslərə uyğundursa, deməli Dağlıq Qarabağ siyasətimiz də düzdür, deməli Paşinyanın nöqtə qoymaq istədiyi ləkədir. Və bu ləkə də Qarabağdan silinməlidir!".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır