Modern.az

Keçmiş məhkumlar narkotiklə yaxalandılar

Keçmiş məhkumlar narkotiklə yaxalandılar

14 Oktyabr 2019, 19:57

Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayevdən 480 qram marixuana aşkar edilərək götürülüb.

 

Modern.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 35 qramdan artıq heroin və 68 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

 

Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N. İbişovun yaşadığı evdən 131 qramdan artıq marixuana, 12 qrama yaxın heroin, 18 qramda çox tiryək və 8 ədəd tramadol həbi aşkar edilərək götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır