Modern.az

ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ

ƏDV nə zaman qaytarılacaq? - RƏSMİ

İqtisadiyyat

15 Oktyabr 2019, 18:33

“Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılmasına Nazirlər Kabineti (NK)tərəfindən qaydasının təsdiq edildikdən sonra başlanacaq”.

 

Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Rəsmi məlumata görə, ƏDV-nin qaytarılması prosesi üçün müvafiq hüquqi, texniki və təşkilati məsələlər başa çatdırılmalıdır:

“Vergi Məcəlləsinə əlavə edilən dəyişiklik nəticəsində, nağdsız dövriyyənin stimullaşdırılması məqsədilə aparılan islahatların tərkib hissəsi kimi, istehlakçılar tərəfindən pərakəndə ticarət və ictimai iaşə müəssisələrində nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi geri qaytarılacaq.

Bu cür ödənişlər yeni nəsil-real rejimdə vergi orqanlarına qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Çünki, qanunvericiliyə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir”.

 

Mərkəzdən verilən məlumatda həmçinin bildirilib ki, onlayn kassa aparatları mərhələli şəkildə pərakəndə ticarət və ictimai iaşə obyektlərində qurulmaqdadır:

“Bu proses ƏDV ödəyicilərinin əhatə etməlidir. ƏDV məhz belə obyektlərdən ticarət edilən zaman qaytarılacaq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...