Arxiv
16 Oktyabr 2019, 11:16 | AKTUAL
Mühəndislik Universiteti bu ixtisaslar üzrə özünə rəqib tanımır

“Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə ən yaxşı mütəxəssis hazırlığı bizdə aparılır”. Modern.az xəbər verir ki, bu barədə Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi kafedrasının dosenti, logistika və nəqliyyat sahələri üzrə tanınmış mütəxəssis Rauf Məmmədov müsahibəsində bildirib.

 

  • Rauf müəllim, bildiyimiz qədər BMU-da bir sıra yeni ixtisaslar yaradılıb. Onların arasında “Logistika və nəqliyyat texnologiyaları” ixtisası da var. Bu, hansı zərurətdən irəli gəlib?

 

  • Öncə onu vurğulayım ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə logistika və ticarət sahəsinin təhlilində birinci zəif tərəf kimi logistika sahəsi üzrə ixtisaslı kadr potensialının az olması göstərilir. Prezident cənab İlham Əliyev nəqliyyata və nəqliyyat fəaliyyətində ən mühüm amillərdən biri olan logistikanın inkişafına xüsusi önəm verir. Bu istiqamətdə kadr hazırlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamı ilə yaradılmış BMU-ya 2017/2018-ci tədris ilində Azərbaycanda ilk dəfə “Logistika və nəqliyyat texnologiyaları” ixtisası üzrə bakalavriat səviyyəsində I kursa tələbə qəbulu olub.

 

  • Bu gün logistika ilə bağlı cəmiyyətdə həm informasiya qıtlığı, həm də peşənin özü ilə əlaqədar müxtəlif izahlar var. Ona görə də bu məsələyə aydınlıq gətirməyinizi istərdik, logistika nədir?

 

  • Düz qeyd etdiniz ki, logistika ilə bağlı yetərli məlumatandırma yoxdur. Logistikanın müxtəlif izahları var. Diqqətinizə daha çox qəbul olunmuş və anlaşılan izahları çatdırmaq istərdim. Logistika (logistics) - yunan mənşəli söz olub düşünmək, hesablamaq sənəti mənasını bildirir. “Nəqliyyat” termini isə “keçirirəm, daşıyıram, yerini dəyişirəm” mənasını verən latın sözü “transporto” dan əsasını götürüb. Logistika qarşısında qoyulmuş məqsədlərə optimal resurs məsrəfləri ilə çatmaq üçün bir mənbədən son istehlakçıya qədər material, informasiya və maliyyə axınlarının təşkil edilməsi, idarə edilməsi və hərəkətinin optimallaşdırılması ilə bağlı elmi və praktik fəaliyyətdir. Nəqliyyatın isə əsas vəzifəsi təsərrüfatların və əhalinin yük və sərnişin daşımalarına olan tələbatının tam, vaxtında və keyfiyyətlə ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir. Müasir həyatda logistika tərəqqinin hərəkətverici qüvvəsidir.

 

  • Bəs bu gün Azərbaycanın əmək bazarında logistika sahəsi üzrə mütəxəssislərə ehtiyac nə dərəcədədir?

 

  • Bütün şirkətlərdə logistika ilə məşğul olan mərkəzlər mövcuddur və dünyada logist peşəsi ən yüksək əmək haqqı ödənişi olan peşələrdən biridir. Bu ixtisası bitirən mütəxəssis logistika və nəqliyyat texnologiyalarının tətbiqini, onların təşkilində inzibati, texniki, texnoloji, nəzəri və praktik məsələlərin həllini, texniki-iqtisadi təhlillər aparmağı, bu sahədə kompüter texnikası və texnologiyalarını tətbiq etməyi bacarır. Eyni zamanda, logistikanın funksional sahələrində müxtəlif işlərə aid (lazımi material ehtiyatlarının planlaşdırılması, yaradılması və saxlanması, nəqliyyat növünün, nəqliyyat vasitəsinin seçilməsi, malın çatdırılmasının planlaşdırılması və monitorinqi, anbarın yerləşdirilməsi variantının seçilməsi, anbar emalının idarə edilməsi, qaqblaşdırma, material axınlarının hərəkəti haqqında məlumatların toplanması və s.) praktiki vərdişlər əldə edir. Bu sahə üzrə mütəxəssislər avtomobil,  hava,  dəniz,  dəmiryolu  nəqliyyatı sistemlərində və istənilən başqa sahələrdə ixtisasına uyğun vəzifələrdə müvəffəqiyyətlə çalışa bilər.

Qeyd edim ki, yaxın perspektivdə Azərbaycan logistik xidmətlər bazarında rəqabət mühitini ilk növbədə nəqliyyat və nəqliyyat-ekspeditor kompaniyaları müəyyən edəcək. Rəqabətin artması yalnız yaxın perspektivdə yeni anbarlaşma, yükləmə-boşaltma, bölüşdürücü-terminal obyektlərinin və geniş tələbat məhsullarının saxlanması, emalı, komplektləşdirilməsi, bölüşdürülməsi və idarə edilməsi üzrə xidmətlər təklifinin artması ilə gözlənilir. Azərbaycan ərazisində dayaq logistik mərkəzlər şəbəkəsinin inkişafı labüddür. Milli biznesdə logistikanın potensialı müasir logistik infrastrukturun yaradılması planında dövlət dəstəyi ilə bərabər, milli əmək bazarı üçün məqsədyönlü formada yüksək ixtisaslı logistlərin hazırlanması  şərti ilə reallaşa bilər. Yüksək ixtisaslı logistlərə olan tələbatı Azərbaycanda logistik servis bazarının və logistika xidmətləri kompleksinin inkişafı, ölkə ərazisində regional (dayaq) logistik mərkəzlər şəbəkəsinin yaradılması və inkişafı, iri şirkətlərin, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin logistik infrastrukturunun inkişafı, logistik idarəetmə bölmələri olan şirkətlərin sayının sürətlə artması, Azərbaycanın sənaye, xüsusilə də kənd təsərrüfatı sahələrində anbarlaşma logistikasının intensiv inkişafını zəruri edir.

 

  • Söhbətimizin əvvəlində BMU-ya Azərbaycanda ilk dəfə “Logistika və nəqliyyat texnologiyaları” ixtisası üzrə bakalavriat səviyyəsində I kursa tələbə qəbulu olduğunu vurğuladınız. Universitetin bu sahə üzrə güclü mütəxəssis hazırlamaq üçün bazası varmı?

 

  • Öncə qeyd edim ki, logistika və nəqliyyat sahəsində kadr hazırlığının vacibliyini və respublikanın beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsinin böyük imkanlar yaratdığını nəzərə alaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə BMU-da 2-5 oktyabr 2018-ci il tarixlərində “Azərbaycan Beynəlxalq nəqliyyat sistemində: hədəflər və perspektivlər” Beynəlxalq elmi-praktiki kofransı keçirilib. Bundan başqa, BMU ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Abşeron logistika” mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr bağlanıb. Bu müqavilələr müasir bilik və təcrübənin universitetdə istifadəsi, müəllim və tələbələrin qarşı tərəfin müvafiq fəaliyyətlərinə cəlb edilməsi, beynəlxalq təcrübənin nəzərə alınması, innovativ fəaliyyətlərin birgə həyata keçirilməsi istiqamətlərində əməkdaşlıq münasibətlərini müəyyən edir.

BMU-da artıq 2018/2019-cu və 2019/2020-ci tədris illərində “Logistika və nəqliyyat texnologiyaları” ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbələr qəbul edilib. Bu ixtisasın tələbələri I, II və III kurslarda müvəffəqiyyətlə təhsil alırlar. Tədris prosesində ən müasir informasiya texnologiyaları, müasir elmi-praktiki və texniki ədəbiyyat və digər əyani vasitələr istifadə olunur. Tədrisə yüksək ixtisaslı elmi-pedaqoji kadrlar  cəlb edilib. Müəllimlərdən iki nəfəri 2019-cu ilin iyul ayında beynəlxalq avtomobil yük daşımaları sahəsində tanınmış təşkilat olan IRU Akademiyasının Beynəlxalq sertifikatına layiq görülüblər. Tədris prosesində sırf spesifik fənlərlə yanaşı, logistika və nəqliyyat sahələri üçün çox vacib olan nəqliyyat hüququ, nəqliyyat ekologiyası, nəqliyyatda sığorta, gömrük işi və s. kimi fənlərin öyrədilməsi bu sahələrdə də mütəxəssis kimi formalaşmağa zəmin yaradır. BMU-da bu sahədə yüksək keyfiyyətli mütəxəssis hazırlanması üçün yaxşı maddi-texniki baza, elmi-pedaqoji kadrlar, tədris-metodiki imkanlar, şirkətlərlə əlaqə, xüsusilə beynəlxalq əlaqələr var. Bu sahədə yüksək ixtisaslı mütəxəssis olmaq istəyən gənclər üçün BMU-da geniş perspekti

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saatlıda yolu keçən piyadanı avtomobil vurub öldürdü 19 Noyabr 2019, 19:26 Mirzə Cəlilin kötükçəsi Azərbaycan papağı ilə - FOTO 19 Noyabr 2019, 19:24 “Moody’s” 2020-ci ildə dünya iqtisadiyyatının inkişafı qarşısında duran əsas riskləri açıqlayıb 19 Noyabr 2019, 19:19 "Baklift-2"nin sabiq rəisi barəsində cinayət işi başlanıb 19 Noyabr 2019, 19:06 Gənc jurnalistlə müsahibə Cəlil Məmmədquluzadənin nəticəsini Bakıya necə gətirdi? 19 Noyabr 2019, 19:03 Salyanda 27 yaşlı qadın dəm qazından boğulub 19 Noyabr 2019, 18:45 Lənkəranda zəlzələ olub 19 Noyabr 2019, 18:32 80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA 19 Noyabr 2019, 18:29 "Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - Prezident 19 Noyabr 2019, 18:02 Azəbaycan müəllimlərinə İsraildə təlim kursu keçirilir 19 Noyabr 2019, 17:50 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 19 Noyabr 2019, 17:43 “Məktəblinin dostu” layihəsi 19 Noyabr 2019, 17:36 Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı - FOTO 19 Noyabr 2019, 17:30 Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:24 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50 Novruz Məmmədov prorektor TƏYİN OLUNDU 19 Noyabr 2019, 15:48 Oqtay Gülalıyev başqa xəstəxanaya KÖÇÜRÜLDÜ 19 Noyabr 2019, 15:42