Modern.az

Əli Əliyev “ana müxalifət” olmağa hazırlaşır? - AÇIQLAMA

Əli Əliyev “ana müxalifət” olmağa hazırlaşır? - AÇIQLAMA

17 Oktyabr 2019, 08:29

Azərbaycanda ana müxalifətin hansı siyasi təşkilat, partiya və onun rəhbərləri olması həmişə mübahisə mövzusu olub. Son zamanlar isə daha maraqlı simalar “ana müxalifət”liyə layiq görülür. İnsanların ən çox və ən rahat müzakirə apardığı platformada - sosial şəbəkələrdə Vətəndaş və İnkişaf Partiyasının Əli Əliyevin ana müxalifət olacağı iddiaları yayılıb.

 

Modern.az-a danışan Əli Əliyev isə bu iddiaları inkar edib. O qeyd edib ki, sadəcə öz fəaliyyəti ilə məşğuldur və milli mübarizə aparır:

 

“Xalq bizi müəyyən məqama gətirib çatdıracaqsa, bunun mənim hazırlığımla, başqa bir şeylə əlaqəsi olmayacaq. Biz müxalifətin anası yox, hakimiyyətin atası olmağa hazırlaşırıq. Müxalifətin birincisi olmaq savaşını aparmırıq. Kimlərsə, uzun illər bu niyyətlə mübarizə aparıblarsa, “ana müxalifət” fikri də onların ortaya atdığı iddiadır. Azərbaycanda kimin hansı statusda olacağını ayrı-ayrı fərdlərin mülahizələri deyil, xalq müəyyən edir”.

 

Sosial şəbəkələrdə VİP sədri ilə bağlı yayılan fikirlərə digər müxalifət nümayəndələrindən də münasibət öyrəndik. Ümid Partiyasının sədri İqbal Ağazadə bu məsələyə bir qədər fərqli yanaşır:

“Müxalifətdə “ana” hazırlanması ifadəsini ilk dəfədir, eşidirəm. Kim “ana” olmağa hazırlaşırsa, onun yolları başqadır. Ana müxalifət nədir, ata müxalifət nədir?”

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Əli Əliyevi dəstəkləyib:

“Bunun nəyi pisdir ki? Lap yaxşı. Belə bir ağır missiyanı Əli Əliyev üzərinə götürəcəksə, onu alqışlayıram. Biz də əlimizdən nə köməklik lazımdır, etməyə hazırıq. Mən Əli Əliyevi yaxşı tanıyıram. Yaxın dostumdur. O gücü çatmadığı işi boynuna götürməz. Əgər belə bir qərar verəcəksə, gücü çatdığına əmin olub, bunu bəyan edəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər