Modern.az

Prezident Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam imzaladı

Prezident Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam imzaladı

17 Oktyabr 2019, 17:06

Prezident İlham Əliyev Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin mühafizəsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamda  qeyd olunub ki, “Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun təmir-bərpası”nın başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 000 (yeddi yüz doxsan min) manat vəsait ayrılsın.

 

Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi