Arxiv
21 Oktyabr 2019, 19:13 | AKTUAL
İstanbul Konvensiyasının imzalanmasına dair təkliflər paketi hökumətə təqdim olunub - Dövlət Komitəsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi oktyabrın 20-də keçirilən yürüşlə bağlı məlumat yayıb.

 

Dövlət Komitəsindən Modern.az - a verilən məlumatda deyilir:

 

“Oktyabrın 20-də Bakı şəhərində yürüş keçirilib. Yürüşdə Azərbaycan Respublikasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyasının (İstanbul Konvensiyası) imzalanması və ratifikasiya edilməsi və “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarotta Konvensiyası) ratifikasiya edilməsi barədə bəyanatlar səsləndirilib.

 

Təəssüflər olsun ki, hazırda bütün dünyada hər 3 qadından 1-i fiziki və ya cinsi zorakılığa məruz qalır. Dünyada hər il zorakılıq səbəbindən 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız  18 yaşına çatmamış erkən nikaha girir. Bütün bunlar onu göstərir ki, zorakılıq  nə coğrafi sərhəd, nə də yaş hədi tanıyır.

 

Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir.  Bütün dünyada qadınlara qarşı zorakılığın miqyası  ildən-ilə genişlənir. Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb.

 

İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması Hökumətin əsas prioritetləridir. 

 

2006-cı ildə Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuş, 2011 və 2012-ci illərdə isə Qanunun icra mexanizmləri Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Eyni zamanda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)” 3.5.2.1-ci bəndinin icrası məqsədi ilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb.

 

Lanzarotta Konvensiyasının ratifikasiya edilməsi və İstanbul Konvensiyasının imzalanması və ratifikasiya edilməsi istiqamətində ölkəmizdə mühim addımlar atılmaqdadır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının Azərbaycanın müvafiq bəyənatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunub.

 

BMT-nin CEDAW Komitəsi tərəfindən Azərbaycan hökumətinin 5-ci dövri məruzəsi ilə bağlı (2015-2018) ölkəmizə qadınların hüquqlarının təşviqi məqsədi ilə bir neçə mühim addımların atılması, o cümlədən İstanbul Konvensiyasına qoşulması tövsiyə olunub.

 

Azərbaycan Respublikası tərəfindən İstanbul Konvensiyasının imzalaması əsasən qadınların hüquqlarının pozulmasına dair şikayətlərə baxılması mexanizmlərinin gücləndirilməsi, qadınların zorakılığın bütün formalarından müdafiə olunması, qadınlara qarşı zorakılığın qarşısının alınması, təqib edilməsi və qaldırılması, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, qadınların səlahiyyətlərinin genişləndirməsi də daxil olmaqla kişi ilə qadın arasında real bərabərliyi təşviq etmək, qadınlara qarşı zorakılıq və məişət zorakılığının bütün qurbanlarının müdafiəsi və onlara yardım üçün hərtərfli qanunvericilik bazası, siyasət və tədbirlərin hazırlanması məqsədi daşıyır.

 

İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi Hökumətə təqdim olunub.
Azərbaycan Hökuməti gender əsaslı zorakılığın qarşısının alınması sahəsində çox mühüm işlər görür. İlk növbədə qanunun implementasiyası üçün hakimlər və vəkillər  üçün təlimlər keçirilib.

 

Hazırda Yerli İcra Hakimiyyəti orqanlarında yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qruplarının fəaliyyətinin və iş keyfiyyətinin daha da gücləndirilməsi üçün Komitə tərəfindən “Məişət zorakılığından müdafiə mexanizmləri” mövzusunda təlimlər keçirilir, seminarlar təşkil olunur.
Həmçinin “Məişət zorakılığını qarşısının alınması haqqında Milli Fəaliyyət Planı”nın layihəsi hazırlanraq razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.    

    

Sosial sifariş əsasında yerlərdə qeyri-dövlət yardım mərkəzlərinin yaradılması planlaşdırılmış və uğurla həyata keçirilməkdədir.
Hüquq-mühafizə orqanlarında qadınların sayının artırılması, qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması sahəsində görülən işlərin uğurlu nəticəsi olaraq qəbul edilməkdədir.

 

Qeyd olunmalıdır ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin aparılması, risk qrupuna daxil olan ailələrin qeydiyyata alınması və həmin ailələrlə Qanunda nəzərdə tutulan yardımların göstərilməsi vacib məsələlərdən biridir. Bu məqsədlə məişət zorakılığının qarşısının alınması istiqamətində hüquqi, sosial və qabaqlayıcı tədbirlər qanuna müvafiq olaraq həyata keçirilir, eyni zamanda qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı müvafiq tədbirlər görülür”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53 Gürcüstanlı deputat Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 16:48 Polad Bülbüloğlu: "Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik" 28 May 2020, 16:46 İmamoğludan Azərbaycana TƏBRİK: “Ürəklərimiz hər zaman birlikdə atacaq” 28 May 2020, 16:28 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır 28 May 2020, 16:23 İran XİN Azərbaycan xalqını təbrik edib 28 May 2020, 16:08 Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb 28 May 2020, 15:55 “Dərs vaxtı” verilişinin sabahkı CƏDVƏLİ 28 May 2020, 15:43 Müstəqilliyin RİTMİ 28 May 2020, 15:41