Modern.az

Məcburi köçkün uşaqlar Beynəlxalq Qızlar Gününü qeyd etdi

Məcburi köçkün uşaqlar Beynəlxalq Qızlar Gününü qeyd etdi

Aktual

21 Oktyabr 2019, 22:42

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti - GIZ-in həyata keçirdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi çərçivəsində Bərdə, Ağdam və Mingəçevirdə Beynəlxalq Qızlar Günü qeyd edilib.

Modern.az xəbər verir ki, BMZ-nin sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadi İnkişafı” layihəsi tərəfindən 11-13 oktyabr tarixlərdə Bərdə, Ağdam və Mingəçevir şəhərlərində Beynəlxalq Qızlar Gününə həsr edilmiş tədbirlər keçirilib.


Silsilə tədbirlərin rəsmi açılışı oktyabrın 11-də Mingəçevir Gənclər Evinin dəstəyi ilə baş tutub. Oktyabrın 12-də Mingəçevir Dövlət Dram Teatrında və Ağdam rayon Heydər Əliyev Mərkəzində, oktyabrın 13-də isə layihənin Bərdə rayonda yerləşən regional ofisində bir sıra tədbirlərlə davam edib.

Tədbirlər zamanı gender bərabərliyi mövzularına dair bir sira təlim sessiyaları, “Equals” təşəbbüsü və İsveçrə Əməkdaşlıq Ofisinin layihəsi olan “Cəsur qızlar üçün hekayələr” kitabının təqdimat mərasimi və “Azərbaycan Televiziyavə Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş “Katveli Kraliça” (2016) bədii filminin nümayişi təşkil edilib. Tədbirlərdə layihənin hədəf bölgələrindən olan 183 uşaq və gənclər iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü