Modern.az

Hadi Rəcəblinin seçiciləri onun müdafiəsinə QALXDILAR

Hadi Rəcəblinin seçiciləri onun müdafiəsinə QALXDILAR

Aktual

22 Oktyabr 2019, 15:27

“Vətəninə qırılmaz tellərlə bağlı olan, xalqla nəfəs alan, ağsaqqal, böyük ailə başçısı Hadi Rəcəbli Sovetlər dönəmində bir çağırış deputat olsa da, 1995-2015-ci illərdə Yeni Azərbaycan Partiyasının namizədi kimi Milli Məclisə keçirilən seçkilərdə Lənkəran camaatının dəstəyi ilə qalib gələrək, ardıcıl  beş çağırış parlamentdə onları təmsil etmək hüququ qazanıb. O, hər dəfə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri seçilib”.

Bu fikirlər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəblıinin bir qrup seçicisi adından Modern.az-a göndərilən məktubda qeyd edilib.


Məktuba imza atan şəxslər bildiriblər ki, Hadi Rəcəbli deputatlığı dövründə tez-tez seçicilərilə görüşlər keçirir, xalqı dinləyir, onların qayğılarını parlament tribunasına çıxarır.


“Sosial siyasətlə bağlı xalqın mənafeyinə xidmət edən yüzlərlə qanunlar hazırlayıb, onlarla əlavələr və düzəlişlər edib. Milli Məclisə daxil olan ərizə-şikayətlərin, qəbula gələnlərin, şikayətlərin 50 faizdən çoxu ona ünvanlanır, insanlar onu tanıyır, ona ümid bəsləyirlər. Sosial siyasət sahəsində hüquqi bazanın formalaşmasında Hadi müəllimin danılmaz xidmətləri var. Görülən işlər son nəticədə xalqın xeyrinə yönəlir, onlarla qanunun ərsəyə gəlməsi ilə nəticələnir. Onun yol çəkilişi, məktəb, xəstəxana tikintisi, şəhid ailələrinə maddi və mənəvi dəstək durması seçicilərin gözü önündədir. Bölgəmizlə bağlı xalqın istək və arzuları Hadi müəllimin kəskin çıxışlarıyla parlament tribunasında səslənir və nəticədə qaldırdığı məsələlər əksər hallarda müsbət həllini tapır. Bakıda və Lənkəranda sıravi vətəndaşdan tutmuş tanınmış şəxsiyyətlərin yubiley tədbirlərinin onun təşəbbüsü ilə keçirilməsi artıq ənənə halını alıb.
Biz, eyni zamanda, Hadi Rəcəblinin yüzlərlə seçicilərinin onun fədakar fəaliyyəti, xalqa tükənməz xidmətləri ilə bağlı söhbətlərinin və xoş təəssüratlarının şahidi olmuşuq”,-deyə müəlliflər bildiriblər.

 
Onlar həmçinin, bəzi sosial şəbəkələrdə və mətbuat səhifələrində sevimli deputatlarının ünvanına gedən yalan, iftira, təhrif dolu əsassız yazılarla əlaqədar narazılıqlarını və üsyankar mövqelərini də dəfələrlə bəyan ediblər.


“Oktyabrın 25-də görkəmli siyasətçi, YAP-ın Siyasi Şurasının üzvü, Ulu Öndər Heydər Əliyevin ideyalarına, möhtərəm cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinə, dövlətə və dövlətçiliyə daim sədaqətli, el ağsaqqalı, xalq adamı, alim-pedaqoq, siyasi elmlər doktoru, professor Hadi Rəcəblinin doğum günüdür. Bu münasibətlə sevimli deputatımızı ürəkdən təbrik edir, ona şərəfli ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayır, təbriklərimizi xalqımızın layiqli elçisinə çatdırmağınızı xahiş edirik”.

Sərhad MƏMMƏDOV ,

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini,

Etibar ƏHƏDOV,

“Aşkarlıq” qəzetinin baş redaktoru,

İltifat ƏHMƏDOV,

“Lənkəran” qəzetinin baş redaktor müavini,

Barat MƏHƏRRƏMOV,

Aşağı Nüvədi qəsəbə sakini, Əmək veteranı,

Əlizadə CƏFƏROV,

Viyən kənd sakini, müəllim,

Şəhriyar MUSTAFAZADƏ,

Lənkəran Dövlət Universitetinin II kurs tələbəsi və başqaları

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir