Arxiv
22 Oktyabr 2019, 16:22 | AKTUAL
Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi

Oktyabrın 22-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasını bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların paytaxtın polis orqanlarında vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.


Modern.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb. O deyib ki, ümumilikdə, kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, xidməti borca sədaqətə görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.


Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə        45 əməkdaşın dəvət edildiyini bildirib və namizədlərin siyahısını elan edib. Daha sonra  iddiaçılar orta rəis heyətinə aid müxtəlif vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.


Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün əməkdaşlar daxili işlər nazirinin müvafiq əmrləri ilə «polis leytenantı» xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin olunurlar.


Tədbirə yekun vuran daxili işlər naziri gənc zabitləri təbrik edərək onlara tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.


O, vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, ölkə Prezidentinin rəhbərliyi altında hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. 


Vilayət Eyvazov gənc zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.


Nazir əmin olduğunu bildirib ki, onlar bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.


Gənc zabitlər adından çıxış edən Nərimanov RPİ-nin əməkdaşı Haldun Muradlı  gənclərə göstərilən xüsusi diqqətə və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib,  göstərilən yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlarına söz verib.                      

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tailand Kralı İlham Əliyevi təbrik etdi 31 May 2020, 13:28 İyunun ilk günündə hava necə olacaq? - PROQNOZ 31 May 2020, 13:22 Müdafiə Nazirliyi: “Silah gücü düşmənlə danışılacaq yeganə dildir” 31 May 2020, 13:16 İcra başçısı yaylaqada çobanlarla görüşdü - FOTO 31 May 2020, 13:10 Azərbaycanda çay tullantılardan təmizləndi - FOTO 31 May 2020, 13:05 Azərbaycanda daha bir məmur həbs olundu   31 May 2020, 13:00 Deputatdan Müdafiə nazirinə sərt TƏNQİD 31 May 2020, 12:57 “Naxçıvandan xeyli insan Türkiyəyə işləməyə gedir” - Ziyafət Əsgərov 31 May 2020, 12:52 Jurnalistlər binasında koronavirus aşkarlandı 31 May 2020, 12:47 Qarabağda koronavirusa yoluxanların sayı artdı 31 May 2020, 12:42 Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olundu 31 May 2020, 12:36 Deputat ABŞ prezidentinin təklifini dəstəklədi 31 May 2020, 12:30 Deputatdan Operativ Qərargaha etiraz: “Naxçıvana gediş-gəliş açılmır, ancaq...”  31 May 2020, 12:25 Qənirə Paşayeva hökuməti Türkiyədəki tələbələrimizi geri qaytarmağa ÇAĞIRDI 31 May 2020, 12:19 Ermənistanda koronavirusa yoluxanların sayı 9 mini keçdi 31 May 2020, 12:18 Spikerdən deputatlara irad: “Yuxarıda əyləşənlər telefondan başını qaldırmır” 31 May 2020, 12:16 “Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur” 31 May 2020, 12:14 Deputat 190 manatın iyunda da verilməsini TƏKLİF ETDİ 31 May 2020, 12:12 Milli Məclisdə Ramil Səfərov MÜZAKİRƏSİ 31 May 2020, 12:10 Zahid Orucdan “Parlament müxalifəti” haqqında qanun təklifi 31 May 2020, 12:06 Parlamentdə sosial şəbəkələrlə bağlı məsələ qaldırıldı 31 May 2020, 12:01 Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi 31 May 2020, 12:00 Qusarda hasar aşdı - 1 uşaq öldü, 2-si yaralandı 31 May 2020, 11:57 Vaşinqtonda 28 May Azərbaycanın Milli Günü elan edilib 31 May 2020, 11:52 “Ölkə başçısı tarixçilərə dərs keçdi” - Əli Hüseynli   31 May 2020, 11:46 Trampa qarşı niyə söz deyə bilmirlər? - Siyavuş Novruzov 31 May 2020, 11:41 Şəkidəki ayı Altıağac milli parkına aparılacaq - VİDEO 31 May 2020, 11:36 BANM əməkdaşlarının COVID-19 test nəticələri neqativ çıxıb 31 May 2020, 11:30 “Məişət tullantıları Sumqayıtda böyük ekoloji problem yaradır” - Deputat 31 May 2020, 11:25 "Azərbaycan Yəhudi Media Mərkəzi" yaradıldı 31 May 2020, 11:20 22 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı 31 May 2020, 11:14 Deputatlar iclasa maskada gəldilər 31 May 2020, 11:08 Dünyanın bu ərazisində də koronavirus xəstəsi qalmadı 31 May 2020, 11:03 Ən çox və ən az vakant müəllim yerləri bu rayonlardadır - ADLAR 31 May 2020, 10:58 Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı 31 May 2020, 10:52