Modern.az

Gəncədə 17 yaşlı gənc qətlə yetirildi

Gəncədə 17 yaşlı gənc qətlə yetirildi

23 Oktyabr 2019, 00:09

Gəncə şəhərində qətl törədilib.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Əzim Elşad oğlu Verdiyev döş qəfəsindən bıçaqlanıb.

O, ağır halda xəstəxanaya aparılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, hadisə mərhumun qohumu tərəfindən törədilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ