Arxiv
23 Oktyabr 2019, 15:59 | PARLAMENT
“Tək Akif Əlizadə ilə siyahı yekunlaşmayacaq” - Deputatlardan Prezidentin çağırışına DƏSTƏK

Baş Nazirin  keçmiş müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovun  gec də olsa, vəzifələrindən azad edilməsi üçün ərizə yazmaları ictimaiyyət tərəfindən də müsbət qarşılanıb.

Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovu pensiyaya yola salarkən yaşı 70-i ötmüş vəzifə sahiblərini istefa mədəniyyəti göstərməyə çağırıb.

Ölkə başçısı 71 yaşlı Əli Həsənovla və 75 yaşlı Hacıbala Abutalıbova Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunacağını xatırladıb.


“...daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, - İlham Əliyev vurğulayıb.


Əli Həsənovun və Hacıbala Abutalıbovun ardınca AMEA-nın 85 yaşlı prezidenti Akif Əlizadə  də vəzifədən ayırılması ilə bağlı istefa ərizəsi yazıb.


Sözügedən kadr islahatları haqqında Modern.az-a danışan Milli Məclisin üzvləri dövlət idarəçiliyi sahəsinin cavanlaşdırılmasını müsbət qiymətləndiriblər.


Deputat Fəzail Ağamalı hesab edir ki, ölkə başçısının istefa verən məmurları şəxsən qəbul etməsi, onları dinləməsi yüksək siyasi yanaşmanın göstəricisidir:

“Bundan hər kəs nəticə çıxarmalıdır. Amma vəzifədən uzaqlaşan məmurlar haqqında bundan sonra danışmaq, onların sonrakı həyatını, fəaliyyətini sorğulamaq da düzgün deyil.

Pensiya yaşına çatmış məmurlarçağırışa dəstək verərlərsə, bunu alqışlamaq lazımdır. İstefa verən şəxslər də dövlət idarəçiliyi sahəsində kifayət qədər təcrübəsi olan simalardır. Yenə də hər sahədə olduğu kimi, bu sahədə də gənclərin önə çəkilməsi, idarəçilikdə iştirakı yaxşı haldır”.


Deputat Tahir Kərimli
isə maraqlı bir nümunə çəkib. O xatırladıb ki, Sovet dövründə Çin Kommunist Partiyasının rəhbərliyinə “Qocalar klubu” deyirdilər:


“Bütün dünyada, hətta Sovet ittifaqının özündə belə onlar lağ obyektinə çevrilmişdilər. Məhz o dövrdən belə bir ənənə var idi. Ağsaqqalar Sovet dövründə Siyasi Büronun üzvü olardılar. Onlar müdriklər, ağsaqqallar sayılırdılar. Onlar sadəcə məsləhət vermək üçün bəlkə də qəbul olunan idi. Amma onlar birbaşa siyasi, iqtisadi rəhbərliklə məşğul olmurdular. Əmək intizamına riayət edilməsi onlar üçün vacib deyildi. Amma Azərbaycanda elə bir vəziyyət yaranıb ki, çox ciddi şəkildə enerji ilə çalışmaq lazım gəlir. İndi Nazirlər Kabineti Siyasi Büro deyil ki?! Ona görə, ölkə başçısı bu məsələyə işarə etdi. Düzü, biz gözləmirdik ki, bu məqam elə televiziyadan da müşahidə olunsun. Bu o deməkdir ki, proses davam edəcək. Tək Akif Əlizadə ilə siyahı yekunlaşmayacaq, digərləri də bundan nümunə götürəcək. Xüsusi enerjili, ölkənin qədrini bilən, öz sahələri üzrə peşəkar şəxslər idarəetməyə cəlb olunsunlar. Prezidentin başladığı islahatı davam etdirə biləcək insanlar olsunlar. Yəqin ki, ölkə başçısı bu cür addım atacaq.

Kadr islahatlarının başlanması müsbət haldır. Amma çox ciddi struktur islahatları da həyata keçirilməlidir. Paralel strukturlar aradan qaldırılmalıdır”.


Deputat Vahid Əhmədov bildirib ki, bütün sahələrdə olduğu kimi hakimiyyət orqanlarında da cavanlaşdırılma aparılmalıdır:

“Bu, prezidentin siyasətidir, normal qarşılayıram. Düzdür, idarəçilikdə təmsil olunan yaşlıların intellektual səviyyəsi, təcrübəsi yüksək olsa da, müasir texnologiyanı, innovasiya sistemini bilməyən insanlar var. Ona görə, bu proses daha da sürətləndirilir. Bütün bunlar düzgün addımlardır. Ölkə başçısı bəzən onlara öz iradını da bildirir. Məsələn, Şahin Mustafayevi qəbul edəndə bildirdi kİ, kifayət qədər vəsait ayrılsa da,  qeyri-neft sektorunun inkişafı yüksək səviyyədə deyil ,A zərbaycanda kölgə iqtisadiyyatı mövcuddur və s. Bütün bunlar göstərir ki, prezidentin iqtisadi islahatları dərinləşdirmə prosesi davam edəcək”.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Onun qurduğu xəyal gerçəkləşdi 15 Noyabr 2019, 00:37 Pentaqondan F-35-lə bağlı gözlənilməz rəy 15 Noyabr 2019, 00:21 Azərbaycanlı jurnalist ermənilərlə bir arada 15 Noyabr 2019, 00:03 Azərbaycan neftinin qiyməti dəyişdi 14 Noyabr 2019, 23:47 II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verildi - FOTOLAR 14 Noyabr 2019, 23:30 Türkiyə millisi AVRO-2020-yə vəsiqə qazandı 14 Noyabr 2019, 23:14 Parlamentin binası qarşısında çadırlar qurulur 14 Noyabr 2019, 22:59 Bakıda ata və oğlu bıçaqlandı 14 Noyabr 2019, 22:46 İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu 14 Noyabr 2019, 22:28 3552 məhbus əfv edildi 14 Noyabr 2019, 22:13 Xarici İşlər Nazirliyi azərbaycanlıların Almaniyada həbsi barədə... 14 Noyabr 2019, 21:53 Məktəbdə silahlı insident 14 Noyabr 2019, 21:41 Azərbaycan Kolumbiya əlaqələri müzakirə edilib 14 Noyabr 2019, 21:24 Almaniyada azərbaycanlı mühacirə aid restoranda axtarış 14 Noyabr 2019, 21:09 "Qardaşım çirkin oyunun iştirakçısı deyil" - Şahbaz Xuduoğlu 14 Noyabr 2019, 20:54 Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI 14 Noyabr 2019, 20:43 Qanunu kobud pozan 4 hakimə töhmət verilib 14 Noyabr 2019, 20:30 "Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi 14 Noyabr 2019, 20:17 Azərbaycan millisi Lixtenşteynə qalib gəldi 14 Noyabr 2019, 20:03 Ərdoğan Trampdan razı qalıb: “Bu dəfə onun daha müsbət və konstruktiv olduğunu gördüm” 14 Noyabr 2019, 19:58 Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər 14 Noyabr 2019, 19:48 2 minə yaxın abonent qazsız qaldı 14 Noyabr 2019, 19:43 Gəncədə ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO 14 Noyabr 2019, 19:34 Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər?  - SORĞU 14 Noyabr 2019, 19:19 Xameneyidən gözlənilməz addım - dövlətə qarşı çıxanları ƏFV etdi 14 Noyabr 2019, 18:54 “Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev 14 Noyabr 2019, 18:41 İsrail səfiri Azərbaycandan gedir 14 Noyabr 2019, 18:33 Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib 14 Noyabr 2019, 18:25 İcra başçısı məktəblilərlə görüşdü 14 Noyabr 2019, 18:19 Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ 14 Noyabr 2019, 18:08 Gecikmiş sevgi etirafi 14 Noyabr 2019, 18:07 İlham Əliyev: “Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər” 14 Noyabr 2019, 17:56 Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir - FOTO   14 Noyabr 2019, 17:54 Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 14 Noyabr 2019, 17:46 Cəbhə bölgəsində məktəblilər üçün təlimlər keçiriləcək - FOTO 14 Noyabr 2019, 17:46