Modern.az

Tovuzdakı ağır QƏZAda ölənlərin sayı artdı - YENİLƏNİB

Tovuzdakı ağır QƏZAda ölənlərin sayı artdı - YENİLƏNİB

Aktual

23 Oktyabr 2019, 21:14

Tovuzda baş verən  ağır avtoqəza nəticəsində xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.



Modern.az  APA-ya istinadən xəbər verir ki, xəsarətləri ağır olan 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəstəxanada keçinib.

 

***

 

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb. 

 

Belə ki, VAZ markalı avtomobil hərəkətdə olarkən sərnişin mikroavtobusu ilə toqquşub. 

 

Hadisə nəticəsində Qarayev İsmət Şükür oğlu ölüb, Ağayev Qədim Nüsrət oğlu (1997) və Məmmədova Sunay Məqsəd qızı (2005) xəsarət alıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür