Arxiv
25 Oktyabr 2019, 18:14 | DİASPOR
Dövlət Komitəsinin nümayəndə heyəti Macarıstanda görüşlərə başlayıb - FOTO

 

Oktyabrın 25-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Macarıstana səfəri başlayıb.

Modern.az xəbər verir ki, səfərin ilk günü nümayəndə heyəti Azərbaycanın Macarıstandakı səfirliyinin binasında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Sonra Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Farkas Gergeli ilə görüş keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və nümayəndə heyətinin üzvləri iştirak ediblər. Danışıqlar zamanı diaspor və miqrasiya məsələlərilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Qonaqları salamlayan F.Gergeli ölkələrimiz arasında dostluq əlaqələrinin tarixindən və səmərəli inkişafından, xaricdə yaşayan macar icmaları ilə bağlı həyata keçirilən diaspor siyasətindən danışıb. O, bildirib ki, bu görüş xüsusi əhəmiyyət daşıyır, çünki Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi kimi qurumun olması, xaricdə yaşayan azərbaycanlılarla iş mexanizminin qurulması, bu sahədə çox mühüm addımların atılması ölkəsi üçün maraqlıdır. 

Dostluq qrupunun rəhbəri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına da münasibət bildirib.

Görüşə görə minnətdarlığını bildirən komitə sədri F.Muradov ölkələrimiz arasında mövcud dostluq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib. O, dövlətimizin diaspor siyasəti, komitənin strukturu, fəaliyyəti və həyata keçirdiyi iri miqyaslı layihələr, xaricdəki azərbaycanlı icmaların gördüyü işlər, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiya olunması, şəbəkələşməsi, eyni zamanda milli kimliklərini qoruması, azərbaycanlı tələbələrin Macarıstandakı təhsil həyatı, macar gənclərinin iştirak etdiyi beynəlxalq layihələr barədə fikirlərini söyləyib. 

Komitə sədri oktyabrın 26-da azərbaycanlı icma ilə görüşün keçiriləcəyi, həmin toplantıda Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirak edəcəyi haqda da qarşı tərəfi məlumatlandırıb.

Səfir V.Quliyev bildirib ki, ölkələrimizin mühüm inkişaf dövrünü yaşadığı bir zamanda bu cür görüşün keçirilməsi müsbət addımdır. O, Macarıstanda yaşayan azərbaycanlı gənclər haqqında məlumat verib və qeyd edib ki, həmvətənlərimiz burada təhsil almağa xüsusi önəm verirlər. Azərbaycan diasporunun burada fəallaşdığı, bunun yaxşı nəticələrinin olduğu və çox böyük önəm daşıdığı vurğulanıb. 

Danışıqların sonunda Dövlət Komitəsinin adından F.Gergeliyə Azərbaycanın tarixinə və mədəniyyətinə aid xatirə hədiyyələri təqdim edilib. 

Daha sonra dostluq qrupunun rəhbəri azərbaycanlı qonaqları Macaristan parlamentinin qədim tarixə malik olan binası ilə tanış edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qida zəhərlənməsi qan qusmağa səbəb olmur - Tələbələrlə bağlı MÜƏMMA 23 Noyabr 2019, 04:26 İranda 100-dək etirazçı lider həbs edilib - Onlar edam oluna bilər 23 Noyabr 2019, 04:05 Baş redaktor erməni əsilli olması ittihamına cavab verdi: “Anaların milliyəti olmur” - QALMAQAL 23 Noyabr 2019, 03:35 Rusiya televiziyası azərbaycanlı Şeyxdən veriliş hazırladı 23 Noyabr 2019, 03:06 İŞİD-ə üzv olan azərbaycanlıların yeni siyahısı TAPILDI 23 Noyabr 2019, 02:54 Mehriban Əliyeva Valentina Matviyenko ilə şam yeməyində - FOTOLAR 23 Noyabr 2019, 02:24 Türkiyədə bir ilk - Qadın futbol klubunun prezidenti seçildi 23 Noyabr 2019, 02:22 "Qalatasaray” öz meydanında “Başakşəhər”ə uduzdu 23 Noyabr 2019, 02:17 Şəkər sabah dəfn olunacaq: Atasının Rusiyadan gəlməsini gözləyirlər 23 Noyabr 2019, 00:46 Türkiyədə 3,7 bal gücündə zəlzələ oldu 23 Noyabr 2019, 00:27 Argentina 17 "siyasi" səfirini geri çağırır 23 Noyabr 2019, 00:14 Polşada erməni təxribatının qarşısı alındı 22 Noyabr 2019, 23:58 Azərbaycan neftinin qiyməti dəyişdi 22 Noyabr 2019, 23:40 "Sumqayıt"ın prezidenti mükafat verəcək 22 Noyabr 2019, 23:23 ABŞ-dan İrana növbəti sanksiya 22 Noyabr 2019, 23:04 Prezidentdən 12 min illik göllə bağlı təlimat 22 Noyabr 2019, 22:49 "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq" - Qurban Qurbanov 22 Noyabr 2019, 22:34 Leyla Əliyeva Moskvada müzakirələr apardı - FOTO 22 Noyabr 2019, 22:14 Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqalı böyüyür 22 Noyabr 2019, 21:57 Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Vladimir Putin Mehriban Əliyevaya “Dostluq” ordeni təqdim edib - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21