Arxiv
30 Oktyabr 2019, 16:08 | ÖLKƏ
“Əsl müxalifət bizik - Milli Məclisdə təmsil olunanlar” - İDDİA

Azərbaycanda parlamentdə təmsil olunan partiyalara münasibət birmənalı deyil. Əksəriyyət parlament partiyalarının müxalif düşüncələrdən tamamilə uzaqlaşdığını, aydın hiss ediləcək səviyyədə iqtidarmeyilli  olduğunu düşünür. Belə fikirləri sosial şəbəkələrdə tez-tez yazır, cəmiyyətdə tez-tez səsləndirirlər.

Modern.az-ın əməkdaşı bununla bağlı parlament partiyalarının rəhbərlərinin münasibətini öyrənib. 

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa parlamentdə olan partiyaların iqtidar, yaxud müxalif mövqedə olmağı haqqında maraqlanmadığını deyir. O bildirib ki, sıravi insana belə diqqət etdikdə, iqtidar-müxalifət ayırımı etmək əvəzinə, ağıllı-ağılsız olmasına qiymət verir:


“Ona görə, hesab edirəm ki, ağılllı mövqedə olub, ölkəyə xeyir vermək lazımdır. Kimsə müxalifətçilikdən şərəf duyursa, qoy bu şərəfi yaşasın. Kiminsə öz şərəfi varsa, elə onu da daşıyacaq. Əsas odur ki, cəmiyyətin xeyrinə nə isə iş görə biləsən. Kimin məni necə adlandırmasının mənim üçün əhəmiyyəti yoxdur”.


F.Mustafanın sözlərinə görə, o insanlar ki, özlərini qəlibin içərisinə sığışdırırlar, onlar öz şəxsiyyətlərinə güvənmirlər:

“Ona görə də müxalifətçiyəm deyib, fəxr edirlər. Müxalifətçi olub da, ortaya maraqlı təklif qoymusanmı, bir ideyanın müəllifisənmi? Elə deyilsə, 30 il də bundan sonra “girələn”, nə olacaq? Ona görə, bu məsələlər müzakirə mövzusu deyil”.  

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı müxalifəti bu cür xarakterizə edib:

“Müxalifət o deyil ki, küçələrə çıxsın, polisə daş atsın, yaşıllıqları tapdalasın, qarşısına çıxan hər şeyi məhv etsin, anarxist xarakterli addımlar atsın. Bu qüvvələrə dağıdıcı, anarxist düşüncəli qaragüruh deyirlər. Belə insanlar düşünür ki, müxalifət bu cür olmalıdır. Halbuki, yanlış fikirdir. Demokratik cəmiyyətdə iqtidar olduğu müddətcə müxalifət də olmalıdır və olması vacibdir. Bu müxalifət iqtidarın fəaliyyətini müşahidə edir, təhlil aparıb, konkret nəticələr çıxarır. Harada dövlətçiliyin inkişafına, xalqın rifahına xidmət edən uğurlar varsa, bunu etiraf edir. Bu etiraf iqtidarın yanında olmaq deyil. Əsl müxalifət iqtidarın fəaliyyətində çatışmayan nöqtələrin üzərində dayanıb, onun aradan qaldırılması yollarını da göstərir”.
 

F.Ağamalı əlavə edib ki, müxalifət cəmiyyətdə özünə müəyyən sosial baza formalaşdıra bilir:

“Sosial baza genişlənib, müəyyən səviyyəyə qalxırsa, partiya seçkilərdə iştirak edib, səs qazanır. Milli Məclisdə təmsil olunanlar əsl müxalifətdir, konstruktiv müxalifətdir. Parlamentdən kənarda qalan partiyalar arasında da konstruktiv mövqedə dayananlar var. Düşünürəm ki, onlar da öz işlərini daha yüksək səviyyədə qursalar, növbəti parlament seçkilərində xalqın etimadını qazanıb, parlamentdə təmsil oluna bilərlər”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli hesab edir ki, parlamentdəki müxalifət partiyalarını ittiham edilməsi sadəcə ortaya atılan subyektiv fikirlərdir:

“Biz Vəhdət Partiyası olaraq, əvvəldən elan etdiyimiz kursa sadiqik. Bu kurs ondan ibarətdir ki, ölkənin daxili və xarici strateji xəttini müdafiə edirik. Prezidentin stabillik və inkişaf planı ilə həmrəyik. Amma razılaşmadığımız məsələlərdə müxalifətik. Biz Azərbaycan xalqının Qarabağ problemindən tutmuş,  pensiya, kredit məsələlərinə qədər hər mövzuda müxalif mövqeyimizi bildirmişik.

Keçmişdə danışıqla parlamentdə oturan indiki radikal müxalifət hər kəsin bu yolla parlamentdə təmsil olunduğunu sanır. Onlara demək lazımdır ki, siz çoxluq idiniz, danışdınız. 10 il parlamentdə oturdunuz, müxalifəti parçaladınız. 2003-cü il parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyası İsa Qəmbəri müdafiə etmədi. Müsavat onları düşmən elan etdi. Sonradan Müsavat parlament partiyası olanda AXCP ona qarşı kampaniyaya başladı. Həmin vəziyyət indi də gedir. Kim nə deyir desin, kiminsə səsini oğurlamamışam. Heç bir saxtakarlığa ehtiyacım olmayıb. Düşünürlər ki, ancaq gərək hakimiyyəti söyəsən, elə müxalifət olasan”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
PSİXOLOQ MƏSLƏHƏTİ:  “Qaynar xətt” yaradılsın – KARANTİNİN 18-Cİ GÜNÜ 10 Aprel 2020, 01:38 OPEC+ razılaşdı: Gündəlik hasilat 10 milyon barel azaldılacaq 10 Aprel 2020, 00:59 Boris Conson palataya köçürüldü 10 Aprel 2020, 00:53 Bakıda motosiklet piyadanı vurdu 10 Aprel 2020, 00:36 ABŞ-da koronavirusdan ölənlərin sayı 16 374-ə çatdı 10 Aprel 2020, 00:17 Tanınmış akademik dünyasını dəyişdi 9 Aprel 2020, 23:59 İngiltərədə koronavirusdan bir gündə 881 nəfər öldü 9 Aprel 2020, 23:56 NATO-nun keçmiş baş katibi koronavirusdan sağaldı 9 Aprel 2020, 23:46 Fransada koronavirus 12 210 can alıb 9 Aprel 2020, 23:27 Azərbaycanda daha 3656 nəfər koronavirusla bağlı test olundu 9 Aprel 2020, 23:15 Bakı-Şamaxı yolunda ağır qəza 9 Aprel 2020, 23:05 Deputatın təşkilatı 20 tənhanın ərzaq təminatını üzərinə götürdü 9 Aprel 2020, 22:53 Sonu görünməyən, ağıla gəlməyən  tənəzzül – NAZARBAYEVDƏN ÖZ XALQINA MƏKTUB 9 Aprel 2020, 22:37 Heydər Əliyev Mərkəzindən Rusiyaya həmrəylik mesajı - VİDEO 9 Aprel 2020, 22:23 İşsizlərə şad xəbər: 10 000 nəfər üçün ÖDƏNİŞ EDİLİB 9 Aprel 2020, 22:18 “Rusiya Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır” - Mariya Zaxarova 9 Aprel 2020, 21:53 Bu ölkədə koronavirus 18 279 nəfərin həyatına son qoydu 9 Aprel 2020, 21:36 Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub 9 Aprel 2020, 21:21 Türkiyədə koronavirus qurbanlarının sayı 908-ə çatdı 9 Aprel 2020, 21:08 Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə yardım çatdırıblar 9 Aprel 2020, 20:44 ATƏT PA-nın Bürosu Dağlıq Qarabağdakı “seçkiləri” ictimai sağlamlığa təhlükə adlandırdı 9 Aprel 2020, 20:27 Fəzail Ağamalıdan etiraz: VİDEONU KƏSİB BİZİ HƏDƏFƏ GÖTÜRÜBLƏR 9 Aprel 2020, 20:12 Koronavirusdan zərər çəkən sahibkarlara yardım edilməsinə başlanıldı 9 Aprel 2020, 20:01 Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına RAZILAŞDI 9 Aprel 2020, 19:52 Gürcüstanda daha 7 nəfərdə COVİD-19 tapıldı 9 Aprel 2020, 19:41 Karantindən buraxılan tələbə: “Gələn dəfə “Relax”a istirahətə gəlmək ümidi ilə...” - VİDEO 9 Aprel 2020, 19:37 “OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başladı - Neft BAHALAŞACAQ? 9 Aprel 2020, 19:29 UNEC brendi Xorvatiyada da tanındı 9 Aprel 2020, 19:24 Yol polisindən paytaxt sakinlərinə müraciət: Sağlamlığınıza biganə qalmayın 9 Aprel 2020, 19:16 Vasif Talıbovdan yeni kadr təyinatı 9 Aprel 2020, 19:09 Qazaxda 68, Tovuzda 71 nəfər cərimələndi - Karantin rejimini pozduğuna görə 9 Aprel 2020, 18:54 İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə zirvə görüşü keçiriləcək 9 Aprel 2020, 18:46 İşsizlərə birdəfəlik ödəməyə görə ən çox yaranan sualların CAVABLARI 9 Aprel 2020, 18:40 Azercell dünyanın ən çox baxılan televiziya kanalarını təqdim edir 9 Aprel 2020, 18:33 Koronavirusdan ölənlərin sayı 90 minə ÇATDI 9 Aprel 2020, 18:30