Arxiv
31 Oktyabr 2019, 21:41 | İQTİSADİYYAT
İlham Əliyev Bakı-Sumqayıt yolu ilə bağlı tapşırıq verdi - VİDEO, YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

Modern.az  xəbər verir ki, görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dedi:

-Möhtərəm cənab Prezident, xoş gəlmisiniz. Yasamal rayonundakı Şəfayət Mehdiyev küçəsi 2,4 kilometr uzunluğundadır. Bu küçənin Bəxtiyar Vahabzadə küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində 800 metr ərazi tam yaşayış və qeyri-yaşayış obyektləri ilə zəbt olunmuşdu.

Prezident İlham Əliyev: Bu hissə?

Saleh Məmmədov: Bəli, bu hissə, cənab Prezident. Bu maşınlar dayanan hissədən o yanan işığa qədər tam yaşayış evləri idi. Hamısı köçürüldü və Sizin göstərişinizlə kompensasiya ödənildi.

Prezident İlham Əliyev: Lazımi səviyyədə verildi kompensasiya?

Saleh Məmmədov: Kompensasiyaları tam ödənildi, heç bir şikayət olmadı. Küçənin 800 metrlik bu hissəsi tam yenidən quruldu. İndi 18 metr enində 4 cərgəli avtomobil yoludur. Əvvəllər Cavid prospekti ilə gələn avtomobillər Cavid parkının ətrafını dolanıb Tbilisi prospektinə gedirdilər. Bakıda nəqliyyatın hərəkətinin yaxşılaşdırılması ilə bağlı Sizin göstərişinizə əsasən görülən işlər nəticəsində indi həmin nəqliyyat vasitələri birbaşa Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinə çıxacaq.

Prezident İlham Əliyev: Əvvəllər çıxış yox idi?

Saleh Məmmədov: Xeyr, əvvəllər çıxış yox idi. Yalnız 5 metr enində məhəllədaxili yol var idi. Bunlar sökülən evlərin şəkilləridir. Sizin ayırdığınız vəsait hesabına həmin evlərin hamısı köçürüldü.

Prezident İlham Əliyev: Bu yol çox ensiz idi, burada qurtarırdı, bu tərəfə yol yox idi?

Saleh Məmmədov: Bəli, ancaq bu məhəllədəki binalara girmək üçün 5 metr enində yol var idi.

Prezident İlham Əliyev: Yaxşı layihədir.

Saleh Məmmədov: Sizin göstərişinizlə həyata keçirilib. Tıxaclar tam aradan qalxıb. Cənab Prezident, bu yol olmayanda, bütün avtomobil axını metronun Elmlər Akademiyası stansiyasının qarşısından keçirdi. Bu şəkillərdə göründüyü kimi, pik saatlarda burada tıxaclar yaranırdı. Artıq bu hissədən axın götürüləcək. İndi tam 4 cərgəli yoldur. Həm də Tbilisi prospekti ilə birbaşa əlaqələndirilir. Gözəl bir yol sistemi yarandı.

Prezident İlham Əliyev: Burada yaşayan vətəndaşlara lazımi şərait yaradıldı?

Saleh Məmmədov: Bəli, cənab Prezident, istədikləri vəsait tam ödənildi, hamısı da razı qaldı.

Prezident İlham Əliyev: Ancaq bu evlərə gedə bilərdilər də?

Saleh Məmmədov: Ancaq bu evlərə. Məhəllədaxili küçələr idi. İndi artıq 2,4 kilometr uzunluqda gözəl bir prospekt yaranıb. Bundan əlavə, cənab Prezident, 2019-cu ilin investisiya proqramlarında nəzərdə tutulan, həmçinin büdcə fondundan ayırdığınız vəsait hesabına Bakı şəhərində və qəsəbələrində bir neçə yol tam çəkilib və istismara hazırdır. Bu yollardan biri Xocasən-Lökbatan yoludur, hansı ki, başlanğıcını Sədərək ticarət mərkəzindən götürür və Bakı-Şamaxı yolunun 9,5-ci kilometrliyinədək, “Koka-Kola” deyilən dairəyədək uzanır. Bu yol da indi tam hazırdır. Əvvəllər bu şəkillərdəki vəziyyətdə olub. İndi tam 4 cərgəli yoldur. Yolun ortasında ayırıcı beton zolaqlar qoymuşuq, 11,2 kilometrlik bu hissə istifadəyə tam hazırdır. Bundan əlavə, investisiya proqramından ayrılmış vəsait hesabına Sabunçu rayonunun Bakıxanov stansiyasından Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə gedən 5,4 kilometrlik yolu bu il təmir etmişik, istismara tam hazırdır.

Prezident İlham Əliyev: Bu, əvvəlki vəziyyətidir?

Saleh Məmmədov: Bəli, əvvəlki vəziyyətidir. İndi bu yolu bu vəziyyətə gətirmişik.

Prezident İlham Əliyev: Genişləndirmə aparıldı?

Saleh Məmmədov: Bəli, genişləndirmə aparıldı və yeni səkilər, piyada keçidləri yaradıldı. Bakı şəhərinin Azadlıq prospektindən Yeni Avtovağzala qədər olan yolun 6 kilometrlik hissəsi genişləndirildi. Ensiz bir yol idi. Nəqliyyat axınını yaxşılaşdırmaq üçün bu yol da Sizin göstərişinizlə 4 cərgəyə genişləndirildi. Burada qovşaqlar yaradıldı, Yeni Avtovağzal Binəqədi şosesi ilə birləşdirildi.

Cənab Prezident, Əhmədli qəsəbəsində, Zığ şossesindən Neapol dairəsinədək olan küçə də ikigedişli idi. Uzunluğu 3,2 kilometr olan bu yolu da Sizin göstərişinizlə 4 cərgəli etmişik, istismara tam hazırdır.

Prezident İlham Əliyev: Çox yaxşı işlər görmüsünüz. Bakı şəhərinin bütün küçələri ən yüksək standartlara cavab verməlidir. Ona görə harada ki, problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik. Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur.

Saleh Məmmədov: Bəli, böyük tıxaclar olur.

Prezident İlham Əliyev: Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın.

Saleh Məmmədov: Cənab Prezident, layihə hazırlayıb Sizə təqdim edərik.

Prezident İlham Əliyev: Biz o yolu genişləndirməliyik, lazımi vəsait ayırarıq. Bir də mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndərmisiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır.

Saleh Məmmədov: Cənab Prezident, Sizin göstərişinizlə elə də olacaq. Qəbulunuzda olarkən verdiyiniz tapşırığa əsasən biz bəzi qəsəbələrdə yolların torpaq əsaslarının tikintisinə başlamışıq.

Prezident İlham Əliyev: Bilirəm ,siz başlamısınız. Əvvəl Kürdəxanı qəsəbəsinin yollarını abadlaşdırdınız. İndi digər qəsəbələr növbədədir.

Saleh Məmmədov: Pirşağı, Zabrat, ondan əlavə, Xəzər rayonunda, Binə qəsəbəsində...

Prezident İlham Əliyev: Xəzər rayonunda Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə biz yolların hamısını bərpa edəcəyik.

Saleh Məmmədov: Sizin göstərişinizə bütün torpaq yolların hamısını mərhələlərlə asfaltlayacağıq.

 

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq 20 Noyabr 2019, 18:00 Prezident sumqayıtlıları təltif etdi - TAM SİYAHI 20 Noyabr 2019, 18:00 Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ 20 Noyabr 2019, 17:54 ABŞ-ın Dövlət katibi istefa vermək istəyir 20 Noyabr 2019, 17:48 Xalq artisti evini satışa çıxardı - ŞOK QİYMƏTƏ - VİDEO 20 Noyabr 2019, 17:42 Azərbaycanda polisi ürəyindən vurdular 20 Noyabr 2019, 17:35 Göygöldə yol qəzası: ağır yaralılar var 20 Noyabr 2019, 17:28 Maradona istefa verdi 20 Noyabr 2019, 17:20 Şəhid adından istifadə edən dələduz pul yığır - FOTO+VİDEO 20 Noyabr 2019, 17:11 “Nar” abunəçilərini arzuolunmaz mesajlardan necə qoruyur...   20 Noyabr 2019, 17:06 2019-cu il Azərbaycanda gələn turist sayına görə rekord vuracaq 20 Noyabr 2019, 17:02 Milli Qəhrəmana “Cümhuriyyətin 100 illik yubileyi” medalı verildi - FOTO 20 Noyabr 2019, 16:50 Azərbaycandan gedənlərin SAYI 20 Noyabr 2019, 16:43 Putindən ETİRAF: “ABŞ-ın bu qərarı məni təşvişə salmışdı” 20 Noyabr 2019, 16:36 Doqquz ayda 46898 nikah, 12713 boşanma... 20 Noyabr 2019, 16:35 Bu il Azərbaycanda 72 üçəm, 4 dördəm doğulub 20 Noyabr 2019, 16:20 Prezidentdən Sabunçu rayonu ilə bağlı mühüm SƏRƏNCAM 20 Noyabr 2019, 16:11 Putin Zelenskini “yaraşıqlı” adlandırdı 20 Noyabr 2019, 16:05 Əbülfəs Qarayev Parisdə 4 ölkənin naziri ilə görüşüb - FOTO 20 Noyabr 2019, 15:58 Bakıda “gəlin maşını” yanıb külə döndü - VİDEO 20 Noyabr 2019, 15:51 Azərbaycanda pensiyaların orta məbləği 240,6 manata çatıb 20 Noyabr 2019, 15:45 Xəzərin dibi ilə Qazaxıstandan Azərbaycana kabel xətti çəkilir 20 Noyabr 2019, 15:38 Türkiyəli həkimlər Oqtay Gülalıyevi əməliyyat etdilər - Beyninə “trubka”qoyuldu 20 Noyabr 2019, 15:32 Media qarşıdurması: Azərbaycan, yoxsa Ermənistan - ermənilər köhnə yazıların tarixini dəyişdirir 20 Noyabr 2019, 15:26 Nazir müavini Goranboyda məktəbin vəziyyəti ilə tanış olub 20 Noyabr 2019, 15:20 Azərbaycandakı rəsmi işsizlərin SAYI - açılan və bağlanan iş yerləri... 20 Noyabr 2019, 15:12 Baş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYA 20 Noyabr 2019, 15:05 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşəcək 20 Noyabr 2019, 15:04 İlham Əliyevin reytinqi artıb - Mərkəz rəyini açıqladı 20 Noyabr 2019, 14:59 Pərviz Şahbazov ABŞ-a gedib 20 Noyabr 2019, 14:54 Ölkədə muzdla işləyənlərin orta aylıq maaşında artım var 20 Noyabr 2019, 14:43 Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ   20 Noyabr 2019, 14:37 Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ 20 Noyabr 2019, 14:30 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 20 Noyabr 2019, 14:23 İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəticəsini necə tapıb Bakıya GƏTİRDİ... 20 Noyabr 2019, 14:16