Modern.az

Prezident Administrasiyasının yeni rəhbərindən ilk AÇIQLAMA: “Bu təyinat mənim üçün çox böyük məsuliyyətdir”

Prezident Administrasiyasının yeni rəhbərindən ilk AÇIQLAMA: “Bu təyinat mənim üçün çox böyük məsuliyyətdir”

Hadisə

1 Noyabr 2019, 16:39

“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir”.

Modern.az xəbər verir ki, bu fiirləri Prezident Administrasiyasının yeni rəhbəri vəzifəsinə təyin edilən Samir Nuriyev özünün Facebook-dakı səhifəsində yazıb.

“Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”,- Samir Nuriyev əlavə edib.

Azərbaycan Prezident İlham Əliyev noyabrın 1-də Prezident Administrasiyasının rəhbərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamına əsasən, Samir Rafiq oğlu Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.


İlham Əliyevin digər sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir