Modern.az

Deputatlar Prezident Administrasiyasının yeni rəhbəri haqda DANIŞDILAR: “Etimadı doğrultmalıdır” 

Deputatlar Prezident Administrasiyasının yeni rəhbəri haqda DANIŞDILAR: “Etimadı doğrultmalıdır” 

2 Noyabr 2019, 14:57

Prezident İlham Əliyevin Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin edib.

Samir Nuriyev 2016-cı ildə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib. 2018-ci ildən isə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri işləyib.


Milli Məclisin deputatları Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri kimi uğurlu fəaliyyət göstərəcəyinə inanırlar.   

 

Deputat Tahir Kərimli bildirib ki, Samir Nuriyevin adı indiyədək vəzifədən sui-istifadə, korrupsiya hallarında çəkilməyib^

“Ümumi kontekdsən, yəni prezidentin islahatlarının tərkib  hissəsi olan kadr islahatları nöqteyi-nəzərindən nəsillərin əvəzlənməsi, gənclərin irəli çəkilməsi baxımdan bu addımı müsbət qiymətləndirirəm. İkinci məsələ ondan ibarətdir ki, bu posta elə şəxs təyin olunub ki, müxtəlif vəzifələrdə işləsə də, onun səlahiyyətlərindən sui-istifadə, korrupsiya kimi məsələlərdə adının çəkildiyini eşitməmişəm. Ona görə də Samir müəllimin özününü də etiraf etdiyi kimi, prezidentin böyük etimadını doğruldacaq. O işlədiyi sahələrdə özünü doğruldub, müsbət istiqamətdə işlər görüb. Samir müəllimə uğurlar arzulayıram, qarşısında böyük işlər durur”.

 

Deputat Məlahət İbrahimqızı deyib ki, dünənki təyinat prezidentin kadr islahatları içərisində ən uğurlu təyinatlarından biridir:

“Samir Nuriyevin hərtərəfli təcrübəsi var. Çoxşaxəli təcrübə və biliyi olan Samir Nuriyev həm də Amerika Birləşmiş Ştatlarında təhsil alıb. Hesab edirəm ki, çox uğurlu və etibarlı kadrdır. Biz Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı olaraq ona uğurlar arzulayırıq, ölkəmiz üçün düşərli olsun”.

 

Deputat Vahid Əhmədov deyir ki, əsas qiyməti ona bir ildən sonra, işinə baxaraq verə biləcəyik:

“Samir Nuriyevi tanıyıram. Bir neçə dəfə telefonla zəng edib, müəyən məsələləri müzakirə etmişik. Kifayət qədər intellektual səviyyəsi olan insandır. Düşünürəm ki, özünü lazımınca göstərə biləcək. Çox məsuliyyətli bir vəzifədir, əgər dövlət başçısı ona etimad göstərib həmin vəzifəyə təyin edibsə, bu etimadı doğrultmalıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi