Modern.az

İrandakı zəlzələ Naxçıvanda da hiss olundu

İrandakı zəlzələ Naxçıvanda da hiss olundu

Aktual

11 Noyabr 2019, 14:20

Yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 103 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, zəlzələnin maqnitudası 4,5, dərinliyi 10 kilometr olub.

 

Zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss olunub.

 

Qeyd edək ki, noyabrın 8-də yerli vaxtla saat 02:47-də İran ərazisində baş verən zəlzələ də Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü