Arxiv
13 Noyabr 2019, 08:43 | MƏDƏNİYYƏT
“Heç gözləməzdim ki, mənə bu cür hörmətsizlik edərlər - Könül Xasıyeva 

“İcra hakimiyyətləri heç məni qapıdan içəri buraxmırlar”  

Ötən günlərdə Heydər Əliyev Sarayında Xalq artisti Könül Xasıyevanın möhtəşəm konserti baş tutub. “Yaşamağa varmı güman” adlanan konsertdə müğənni ilə barəbər, bir çox məşhur ifaçıların çıxışları da yer alıb. Konsertin səbəbkarı Könül Xasıyeva biri-birindən gözəl ifalarla tamaşaçıların zövqünü oxşamağa çalışıb.

 

Modern.az-ın əməkdaşı Könül Xasıyeva ilə əlaqə saxlayaraq, müğənnin səhhəti ilə bağlı maraqlanıb, eyni zamanda konsertlə bağlı bir neçə sual da verib.

 

Xalq artisti konsertlə bağlı təəssüratlarının çox yaxşı olduğunu, ancaq maddiyyat məsələsində qanının qaraldığını bildirib:

 

“Çünki neçə ay əziyyət çəkdim, heç bir maddi gəlir əldə edə bilmədim. Elə buna görə də planlaşdırıram ki, may ayında yenidən konsert verim. Ancaq düşünürəm ki, mənəvi cəhətdən tamaşaçılar konsertdən zövq aldı. Mən özüm də zövq aldım, çünki neçə vaxt idi ki, arzuladığım şəkildə oxumaq mənə qismət olmurdu. Allah sanki səsimə bir qüvvət verdi ki, Könül, oxu. Lakin dəvət etdiyim bəzi  qonaqlardan da narazı qaldığımı söyləyim. Adların da çəkə bilərəm hansı ki, dəvət etdim gəlmədilər. Rəqsanə İsmayılova gəlmədi, söylədi ki, mən özüm gələ bilməsəm də, qızım Aysunu mütləq göndərəcəm. Bir gün qabaqcadan qızıyla əlaqə saxladım, prodüseri bildirdi ki, Aysun toydadır, gələ bilməyəcək. Könül Kərimova, Mirələm Mirələmov söz verdilər ki, gələcəklər, ancaq heç biri gəlmədi. Mən konsertə dəvət etdiyim şəxslərlə əvvəlcədən əlaqə saxlayıb, sonra anons edirəm. Ancaq təəssüf ki, mənim gözümü yolda qoydular, heç gözləməzdim ki, mənə bu cür hörmətsizlik edərlər. Gələ bilməyəcəkdinizsə niyə söz verirdiniz ki?”.

 
Könül Xasıyeva səhhətinin hazırda çox yaxşı olduğunu söyləyib:


“Hətta əla deyə bilərəm. Təbii ki, səhhətimdəki müsbət irəliləyişin səbəbkarları prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Ən pis vaxtlarımdan indiyə qədər mənim yanımdadırlar. Tək mənim yox, oğlumun da xəstəliyi ilə bağlı müalicəni Heydər Əliyev Fondu öz üzərinə götürüb. Hər birinə ölüncəyə qədər minnətdaram, bu həyatda yaşamağıma səbəbkardırlar. Psixoloji tərəfdən isə Nuridə Qurbanovaya təşəkkürümü bildirirəm. İnanın ki, bu xanımın dəstəyi mənə güc verir”.

 

Müğənni televiziya kanallarının ona dəstək olmadığını da vurğulayıb:

 

“Mən bir çox televiziya kanallarına konsertlə bağlı anonsları yerləşdirmək üçün müraciət etdim. Hər kəs bilir ki, mən artıq səhhətimə görə, el məclislərinə, konsertlərə gedə bilmirəm. Təbii ki, bu anonslar üçün də müyyən qədər pul lazımdır. Mən o pulları vermək gücündə deyildim, çünki maddi vəziyyətim yaxşı deyil. Təssüflə bildirirəm ki, mənim sözümü yerə saldılar. Heç bir kanal mənə dəstək olmadı. Konsert verdiyim saray da mənə güzəştə getmədi. Bütün tamaşaçılar da bilir ki, mən hər zaman yaxşı tərəfi söyləmişəm. Hələ ağzımdan pis bir kəlmə çıxmayıb. Ancaq indiki vəziyyət məni çox üzür. Çünki indiyə qədər mənə bu cür münasibət bəsləyən olmayıb. Altı ay bundan qabaq da konsert proqramı ilə çıxış etdim, bir düşünün mən niyə axı bir ilə iki konsert təşkil edim? Demək maddi sıxıntım var ki, bu addımı atıram.
Noyabr ayının 1-2-si Heydər Əliyev adına sarayda böyük konsert proqramı ilə çıxış etdim. Ancaq bu konsert mənə heç bir maddi gəlir əldə etməyimə şərait yaratmadı. Əksinə saraya 2 günə görə 30 min manat pul ödədim. Düşündüm ki, bu konsert mənə əlavə pul qazandıracaq. İnanın ki, borclarımı zorla ödədim, əlavə qazancım olmadı. Nə qazanmışdımsa, onu da saraya ödədim. Sarayın rəhbəri də mənə güzəştə getmədi. Çünki bu konsert üçün heç bir anons təşkil edilmədi. Nə qədər biletlər kassada qaldı. Bir çox tamaşaçı bu konsertdən məlumatsız qaldır. Gərək güclü anons getsin ki, tamaşaçı da bilib, konsertə gəlsin. Mən də daha konsert verməyib, gedib bir 5 il evdə oturardım.

Yeganə mənə anons məsələsində İTV-nin aparıcısı Vüsalə Səid dəstək oldu. Tez-tez konsertlə bağlı anonslar edirdi. Düşünürəm ki, nə bilet satıldısa, onun hesabına satıldı. Ancaq bu çətin günümdə mənə nə televiziyalar, nə də reklam şirkətləri dəstək oldular. Yenə də dövlətimə təşəkkür edirəm ki, hər zaman mənə dəstək olub. Məni evlə təmin edib, xəstəliklə bağlı bütün xərcləri öz üzərinə götürüb,  Xalq artisti adını verib, prezidentimiz təqaüd ayırıb. Dövlətimdən çox razıyam”, - deyə Könül Xasıyeva qeyd edib.

 

Tanınmış xanəndə öz narazılığını dilə gətirərək bildirib ki, yerli icra hakimiyyətləri ona qarşı biganə yanaşırlar:

 

“İnanın ki, qəbullarına gedirəm məni qəbul etmək belə istəmirlər. Axı bu icra hakimiyyətləri dövlətə məxsusdur. Bunları dövlət təyin edib ki, hər bir vətəndaşa xidmət etsinlər. Heç məni qapıdan içəri buraxmırlar. Siz inanın ki,  mən həqiqətləri söyləyirəm. Niyə dövlətin Xalq artistinə belə hörmətsizlik edirlər? Hər dəfə bir ümidlə nəyəsə görə gedirəm, ancaq bu cür davranışı görəndə mənə çox pis təsir edir. Əslində mənə  xəstəliyimlə bağlı stres, əsəb olmaz. Lakin bu kimi hallarla qarşılaşanda, inanın ki, 2 gün özümə gələ bilmirəm. Bəs niyə mənim yaxşı vaxtlarımda hamı ətrafımda dolanırdı? İndi isə heç biri üzümə belə baxmaq istəmir. Çünki pulum yoxdur, səhhətim əl vermir ki, mən də gedib toy məclislərində saatlarla oxuyum çoxlu pul qazanım. Bilirsiniz, həmişə hər şeyin əla olduğunu söyləmişəm. Ancaq baxıram ki, çox az qisminə əla deyə bilirəm, qalanları isə çox pis vəziyyətdədir. Ona görə sizin sayt vasitəsilə bildirirəm ki, vəziyyət yaxşı deyil”.

 

Könül Xasıyeva saytımıza bu məsələləri işıqlandırmağı xahiş edib:


“Mən sizdən dönə-dönə xahiş edirəm ki, bu məsələni işıqlandırın. Bəlkə bəziləri dərs götürüb utandı. Olar ki, bundan sonra may konsertinə dəstək oldular. İnanın ki, ürəyim partlayır. Hər şey qalsın bir kənara, bəs mən bu sənətdə can qoymuşam axı. Təvazökarlıqdan uzaq olsa da söyləməliyəm ki, “Ana” segahı  deyiləndə Könül Xasıyeva yada düşür. Xalq artistinə bu cür münasibət bəsləmək nə dərəcədə doğrudur? Məni dövlətimiz layiq bilib ki, bu zirvəyə qədər gəlib çatmışam. Təssüf ki, bəzilərində insanlıq deyilən bir anlayış yoxdur. Əgər olsaydı məni ən azından tanıyardılar”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanınmasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30 Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44 Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO 12 Dekabr 2019, 21:39 Latviya Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir 12 Dekabr 2019, 21:36 Gürcüstanın Baş prokuroru istefa verdi 12 Dekabr 2019, 21:20 Bakı-Məşhəd aviareysi açılır 12 Dekabr 2019, 21:07 Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi 12 Dekabr 2019, 21:04 “Qarabağ” “Düdelanj”a qarşı bu heyətlə oynayacaq 12 Dekabr 2019, 20:51